"Regionlarımız bu il turist axınına daha hazırlıqlıdır" - AÇIQLAMA

Dünyada pandemiyanın izlərinin tədricən silinməsi prosesi getsə də, təbii ki, vurduğu fəsadlar zamanla aradan qaldırılacaqdır. Həyatımızın bütün sahələrinə təsirsiz ötüşməyən bu dövrün turizmdə də ciddi geriləmələrə səbəb olduğu sirr deyil. Belə ki, ölkələrarası nəqliyyat yollarının bağlanması ölkəmizdə yeni canlanmağa başlayan turizm sektoruna ağır zərbə vurdu. Artıq pandemiya yavaş-yavaş geridə qalır. Və əksər dövlətlərdə olduğu kimi, ölkəmizdə də tətbiq olunan sərt karantin rejimi ləğv edilib, müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Lakin quru sərhədləri hələ də bağlıdır…
Bütün bunlara rəğmən, görəsən, bu il turizm sektorunda vəziyyət necə olacaq? Quru sərhədlərinin bağlı olması bu sahəyə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını turizm üzrə ekspert Ceyhun Aşurov cavablandırıb. O bildirib ki, pandemiyanın ilk illəri ilə müqayisədə bu il turizm sektorunda müəyyən canlanma müşahidə olunur:
"Yay mövsümünə qədər quru sərhədlərinin açılacağı ehtimal edilirdi. Bəziləri hətta sərhədlərin may ayından etibarən açılacağını gözləyirdi. Lakin hələlik bu barədə qərar verilməyib və dəqiq məlumat yoxdur. Və sərhədlərin bağlı olması yerli turistlərin daxili turizmə yönəlməsinə müsbət təsir edir. Lakin vaxtilə Azərbaycandan Gürcüstan, Türkiyə və İrana gedən turistlərin də sayı xeyli çox idi. Sərhədlər bağlı olduğuna görə onlar tətili regionlarımızda keçirəcək".
Ekspertin fikrincə, regionlarımız bu il  turist axınına daha hazırlıqlıdır:
"Bölgələrdə yollar təmir edilib, infrastruktur yaxşılaşdırılıb. Yerli turistlər daha çox Qəbələ, Şəki, Şamaxı, Quba kimi regionlara axın edir. Bu il də daxili bazarda tələbin yüksək olacağı gözlənilir. Xaricə gedə bilməyən azbüdcəli turistlər daxili turizmə yönəlirlər. Tələbata uyğun və sərfəli  təklif olarsa, bu sahədə böyük canlanma ola bilər".
Ceyhun Aşurov Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın turizm bazarına təsirsiz ötüşməyəcəyi ehtimalını da irəli sürüb: "Çünki rusiyalı və ukraynalı turistlərin ölkəmizə gəlmə ehtimalı çox idi. Lakin məlum müharibə bu xalqların nümayəndələrinin turizmə marağını aşağı saldığı üçün onların ölkəmizə axını barədə müsbət fikir söyləmək mümkün deyil. Amma yenə də hadisələrin necə cərəyan edəcəyi barədə qəti fikir demək tezdir. Yay mövsümündə bazarın hansı istiqamətdə inkişaf edəcəyini görəcəyik. Bu il regionlarla yanaşı, Bakıya və Abşerona gələn xarici turistlərin sayında da artım gözlənilir. Həmçinin, Qazaxıstan, Özbəkistan, İran və digər dövlətlərdən ölkəmizə turist axını olacaq. Hava nəqliyyatı ilə gediş-gəlişin bərpası bu sektorun canlanmasına öz töhfəsini verəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 28 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber valyuta mezennesi cəbhədən canlı metbuat