Rəhman Hümmətov: "Yeni təyyarələrin alınması ilə bağlı bu ay müqavilələr imzalanacaq

Rəhman Hümmətov: Rəhman Hümmətov: "Yeni təyyarələrin alınması ilə bağlı bu ay müqavilələr imzalanacaq"
"Azərbaycanda sərnişin daşımaları xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə yeni hava gəmilərinin alınması ilə bağlı bu ay ərzində müqavilələrin imzalanması planlaşdırılır".
Bunu "Report"a müsahibəsində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
"Hazırda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarə parkında səkkiz növ təyyarə mövcuddur. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. AZAL-ın 2023-30-cu illəri əhatə edən uzunmüddətli Strateji İnkişaf Planında xərclərin azaldılması üçün təyyarələrin iki növdən – dargövdəli hava gəmiləri üzrə "Airbus A320 Neo" sinfi, genişgövdəli hava gəmilərinin isə "Boeing 787 Dreamliner" tipli hava gəmilərindən ibarət olması nəzərdə tutulur", - R.Hümmətov bildirib.
Onun sözlərinə görə, hazırda hava yolu ilə sərnişindaşıma sahəsində strateji addımların atılması nəzərdən keçirilir:
"2030-cu ilə qədər hava yolu ilə sərnişindaşımanın genişləndirilməsi, müəssisənin mənfəətinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Burada əsas məsələlərdən biri yeni hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır".
Nazir müavini qeyd edib ki, strategiyada həmçinin 2030-cu ilədək həyata keçirilən beynəlxalq uçuşların sayının artırılması ilə bağlı müddəalar da göstərilib və artıq bu istiqamətdə işlərin yerinə yetirilməsinə başlanılıb:
"Eyni zamanda, xidmət şəbəkəsinin genişləndirilməsi, uçuşların intensivliyində tələb-təklif prinsipinə əməl edilməsi, bu sahədə qabaqcıl texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı da zəruri işlər görülməkdədir.
Adıçəkilən strategiyanın əsas məqsədi AZAL-ı müasir tələblərə tam cavab verən və rəqabətədavamlı qabaqcıl şirkətə çevirməkdir". / oxu.az

Turizm       Tarix: 06 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"


yeni xeberler son xeberler azerbaycan xeberleri qarabag sonxeberler son xeberler bugun 2026 azerbaycan sonxeber.az