"Rejimin sərt reaksiyası vəziyyəti yumşaltmaq əvəzinə daha da gərginləşdirir

"İranda baş verən son aksiyalar artıq adi sosial narazılıq dalğası kimi görünmür, daha dərin və sistematik böhranın əlamətinə çevrilib".
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib. 
O bildirib ki, insanların küçələrə çıxmasına səbəb təkcə bahalaşma və həyat səviyyəsinin enməsi deyil:
"İnsanların küçələrə çıxmasına səbəb təkcə bahalaşma və həyat səviyyəsinin enməsi deyil. Uzun illərdir yığılmış siyasi təzyiq, idarəetməyə inamın azalması və gənc nəsildə gələcəklə bağlı ümidsizlik etirazların əsas təkanverici qüvvəsidir. Bu dəfə etirazların coğrafiyası daha genişdir və müxtəlif etnik qrupların iştirakı göstərir ki, narazılıq artıq lokal deyil, ölkə miqyasında dərinləşən bir prosesdir. Rejimin sərt reaksiyası isə vəziyyəti yumşaltmaq əvəzinə daha da gərginləşdirir və cəmiyyətdə qırılma nöqtəsini yaxınlaşdırır".
Z.Qarayeva vurğulayıb ki, aksiyaların digər mühüm tərəfi Güney Azərbaycanın aktiv iştirakı ilə bağlıdır:
"Təbriz başda olmaqla bir çox şəhərlərdə səslənən şüarlar sosial tələbləri aşaraq siyasi və milli kimlik məsələlərinə yönəlib. Bu, İran daxilində yeni reallığın formalaşdığını göstərir və prosesin gələcək gedişinə təsiri böyükdür. Güney Azərbaycan cəmiyyətində artan narazılıq Tehranın daxili balansında boşluq yaradır və rejimin manevr imkanlarını məhdudlaşdırır. Bu vəziyyət həm İranın gələcəyi, həm də regiondakı geosiyasi dinamika üçün əhəmiyyətli nəticələr doğura bilər. Aksiyalar davam etdikcə İranın əvvəlki kimi idarə edilə bilməyəcəyi daha açıq görünməyə başlayır".
Şahanə Ziyad

Siyasi       Tarix: 10 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı