Rəqəmsal savadlılıq təhsil və inkişaf üçün əsas bacarıqlardan biridir

Rəqəmsal savadlılıq təhsil və inkişaf üçün əsas bacarıqlardan biridirMüasir dövrümüzdə informasiya texnologiyaları işıq sürəti ilə inkişaf edir. Bu inkişaf gənclərin həyatına təsirsiz ötüşmür. Hazırda sürətlə inkişaf edən İKT sahəsindən biri də süni intellektdir. Gənclərin bu sahəyə marağı göz önündədir.
 
Bəs bizim gənclər informasiya texnologiyaları sahəsində baş verən yeniliklərdən öz bilik və bacarıqlarının inkişafında istifadə edirlərmi?
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı dünyanın informasiya texnologiyaları dövrünə qədəm qoyduğunu və bunun üçün insanlar müxtəlif informasiyanı araşdırarkən fərqli internet resurslarından istifadə etdiklərini deyib. O təhsil sahəsində də internet resurslarının rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb:
Rəqəmsal savadlılıq təhsil və inkişaf üçün əsas bacarıqlardan biridir"Gənclərin müxtəlif təhsil proqramlarına cəlb edilməsi məsələsi hər bir dövlətin qarşısında duran vəzifələrindən biridir. Bilirik ki, təhsil hər bir ölkənin gələcəyidir. Əlbəttə ki, bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də həm təhsil-tədris proqramları, müxtəlif seminar və konfranslar müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilir. Yəni biz dünyada sürətlə "online" rejimdə fəaliyyət göstərən vebinarlara şahidlik edirik. İndi konfranslar vebinar formasinda keçirilir ki, nəticədə insanlar öz ölkəsini tərk etməmək şərti ilə dünyanın nüfuzlu universitetlərindən məzun ola bilir, müxtəlif təhsil proqramlarına qatıla bilirlər. Dünya informasiya texnologiyaları dövrünə qədəm qoyduğu üçün insanlar müxtəlif informasiyanı araşdırarkən fərqli internet resurslarından istifadə  edirlər. Şübhəsiz ki, nəticədə gənclərin təhsil məsələsində internet resurslarının rolu əhəmiyyətli dərəcədə artır. Necə ki, bu gün sosial şəbəkələr hər bir kəsin vizit kartı - elektron şəxsiyyət vəsiqəsinə çevrilibsə, artıq insanlar axtarış sistemlərindən lazım olan tədbir və ya layihə haqda ətraflı məlumat əldə edirlər. Bununla da kifayətlənməyən müasir dövr gəncləri internet resursunda həmin tədbirin keyfiyyətli olması haqda araşdırma edə bilirlər. Bu mənada internet resursları vacib bir əhəmiyyətə malikdir". 
Təşkilat sədri həmçinin bildirib ki, əgər gənclər beynəlxalq təcrübəni mənimsəmək arzusundadılarsa, onlar dünyada təhsil sahəsindəki internet resurslarından geniş formada istifadə etməlidirlər:
"Bu gün dünyanın müxtəlif ölkələrində keçirilən elmi seminar, təlim, konfranslar haqqında məhz internet resurslarında verilən elanlar vasitəsilə xəbərdar oluruq. Dünyada elə ixtisaslaşmış internet resursları var ki, bu internet resurslarında dünyanın istənilən ölkəsində keçirilən elmi konfranslar, seminarlar, orada iştirak etmək şərtləri və yolları haqda ətraflı məlumatlar əksini tapır. Ona görə də gənclərimiz elmi bilik və bacarıqlarını artırıb, inkişaf etdirmək istəyirlərsə, xüsusilə beynəlxalq təcrübəni mənimsəmək arzusundadılarsa, onlar dünyada təhsil sahəsindəki internet resurslarından geniş formada istifadə etməlidirlər. Çünki artıq dünya informasiya dövrünü yaşayır. Dünyada informasiya texnologiyaları sürətlə insanların, dövlətlərin, cəmiyyətlərin həyatına təsir göstərir. Artıq dünya ilə bağlılığı olmayan, informasiya texnologiyaları ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olmayan hər hansı bir layihənin uğur qazanmaq şansı yoxdur. Bu baxımdan bilirik ki, dünyada çox ciddi ixtisaslaşmış internet resursları var. Hansı ki, onların vasitəsilə dünyadakı təhsil konfransları haqda məlumat almaq olar. Hətta universitetlərə qəbul belə elektron qaydada həyata keçirilir. Artıq xarici universitetlərə qəbul üçün həmin ölkəyə getməyə ehtiyac yoxdur. Sənədləri göndərməklə dünyanın ən nüfuzlu universitetelərinə qəbul olmaq mümkündür. Ona görə də gənclər digər peşə sahibləri kimi, internet resurlarından istifadə etməklə təhsil sahəsində daha çox imkan əldə edə bilərlər".
Mövzu ilə bağlı azxeber.com-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, internetin sürətli inkişafı ilə gənclər üçün yeni təhsil platformaları, inkişaf proqramları və rəqəmsal savadlılıq sahəsində geniş bir dünya açılır: 
Rəqəmsal savadlılıq təhsil və inkişaf üçün əsas bacarıqlardan biridir"İlk növbədə qeyd edim ki, gənclərin təhsil və inkişaf proqramları bu günün ən vacib məsələlərindən biridir. Qloballaşan dünyada rəqəmsal texnologiyalar və internet resursları bu istiqamətdə geniş imkanlar yaradır. İnternetin sürətli inkişafı ilə gənclər üçün yeni təhsil platformaları, inkişaf proqramları və rəqəmsal savadlılıq sahəsində geniş bir dünya açılır. Lakin bu imkanlarla yanaşı, bəzi çətinliklər və risklər də mövcuddur.
Azərbaycanda və dünya üzrə gənclərin təhsilini dəstəkləmək üçün bir sıra təhsil və inkişaf proqramları həyata keçirilir. Bu proqramlar həm akademik bilikləri dərinləşdirmək, həm də praktiki bacarıqları inkişaf etdirmək məqsədi daşıyır.
Gənclərin inkişafı üçün dövlət proqramları: Azərbaycan dövləti tərəfindən gənclərin təhsili və inkişafı üçün müxtəlif proqramlar hazırlanıb. Məsələn, təhsil nazirliyi tərəfindən xaricdə təhsil üçün təqaüd proqramları, elmi-tədqiqat fəaliyyətlərinə dəstək layihələri və gənclər üçün müxtəlif seminarlara qatılmaq imkanları təqdim olunur.
Peşə və texniki təhsil proqramları: Peşə təhsilinə marağın artırılması üçün proqramlar tərtib edilib və inkişaf etdirilib. Gənclərə texniki bacarıqlar öyrətmək üçün nəzərdə tutulan bu proqramlar həmçinin əmək bazarının tələblərinə uyğun olan ixtisaslara yönləndirir.
Qlobal və yerli qeyri-hökumət təşkilatlarının layihələri: Bir çox beynəlxalq və yerli qeyri-hökumət təşkilatları gənclər üçün liderlik, sosial bacarıqlar, biznes inkişafı və texnologiya yönümlü təlimlər təşkil edir.
Rəqəmsal savadlılıq bu günün təhsili və inkişafı üçün əsas bacarıqlardan biridir. İnternet resursları gənclərin təhsilində əhəmiyyətli rol oynayır, lakin rəqəmsal savadlılıq çatışmazlığı bəzi risklər də yaradır.
İnternet resurslarının üstünlükləri 
Açıq təhsil platformaları: Coursera, edX, Khan Academy kimi platformalar vasitəsilə dünya səviyyəli universitet kurslarına giriş imkanı yaranır. Bu, xüsusilə inkişaf edən ölkələrdə gənclər üçün əlavə təhsil imkanları yaradır.
Onlayn sertifikatlaşdırma kursları: İnternet vasitəsilə gənclər müxtəlif sahələrdə bacarıqlarını artırmaq və yeni peşə sahələrini öyrənmək üçün onlayn sertifikat proqramlarına qatılırlar. Google, Microsoft və digər texnologiya şirkətləri bu cür sertifikatlar təklif edir ki, bu da iş bazarında üstünlük verir.
Distant təhsil: Xüsusilə pandemiya dövründə distant təhsil geniş yayıldı və bu gün də aktual olaraq qalır. Universitetlər, məktəblər və müxtəlif təhsil təşkilatları onlayn platformalar vasitəsilə dərsləri davam etdirir ki, bu da təhsilə asan giriş imkanı yaradır.
Çətinliklər və risklər
Rəqəmsal uçurum: Bəzi gənclər üçün internet və texnologiyaya çıxış məhdud olduğu üçün rəqəmsal savadlılıq səviyyəsi aşağı olur. Bu, xüsusilə bölgələrdə yaşayan gənclər arasında müşahidə edilir.
İnformasiya həddən artıqlığı: İnternetdə mövcud olan geniş məlumat bazası bəzən dezinformasiya və yanlış məlumatların yayılmasına səbəb ola bilər. Gənclər çox vaxt informasiyanı süzgəcdən keçirmək və etibarlı mənbələrdən istifadə etmək bacarığına malik olmaya bilər.
İnternetdə vaxtın səmərəsiz istifadəsi: Gənclər internetdən yalnız təhsil üçün deyil, həm də əyləncə və sosial şəbəkələr üçün istifadə edir. Bu da təhsil zamanı internetdən istifadənin səmərəliliyini azalda bilər.
Dünya təcrübəsində internet resursları və savadlılıq sahəsində inkiçafdan danəşan təhsil eksperti Finlandiya və Estoniya kimi ölkələr rəqəmsal təhsil sahəsində lider ölkələr olduğunu deyib:  
Bir çox ölkələr rəqəmsal savadlılıq və internet resurslarından istifadə sahəsində ciddi irəliləyişlər əldə edib. Bu ölkələrdə təhsil proqramlarına rəqəmsal texnologiyalar daxil edilib, məktəblərdə texnologiyadan istifadə məcburi fənn kimi tədris olunur.
Cənubi Koreya onlayn təhsilin inkişafında və rəqəmsal təhsil sistemlərinin tətbiqində irəli gedən ölkələrdəndir. Burada gənclər üçün geniş onlayn təhsil resurslarına çıxış təmin edilir.
ABŞ və Böyük Britaniya kimi ölkələrdə isə rəqəmsal savadlılıq proqramları dövlət və özəl sektorun birgə təşəbbüsləri ilə həyata keçirilir, rəqəmsal bacarıqların artırılması üçün xüsusi tədris planları hazırlanır.
Beləliklə, Rəqəmsal savadlılıq və internet resurslarından istifadə, gənclərin təhsili və inkişafı üçün vacib vasitədir. Lakin bununla yanaşı, texnologiya və rəqəmsal platformalardan düzgün və səmərəli istifadə bacarıqları inkişaf etdirilməlidir. Azərbaycanda gənclər üçün rəqəmsal təhsilin inkişaf etdirilməsi, bölgələrdə internetə çıxışın artırılması və informasiya savadlılığının tədrisi vacib addımlar olacaqdır. Dövlət və təhsil müəssisələri bu istiqamətdə strategiyalarını genişləndirərək, gənclərin rəqəmsal dünyada daha effektiv istifadəçi olmasına nail olmalıdır.
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Rəqəmsal savadlılıq təhsil və inkişaf üçün əsas bacarıqlardan biridir

Sosial     Baxılıb: 208   Tarix: 20 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Küləklə bağlı - Xəbərdarlıq

Sentyabrın 10-u axşamdan 14-dək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıd

Daşkəsəndə azyaşlını maşın vurub

Daşkəsəndə azyaşlını maşın vurub. Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. "VAZ" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2020-ci il təvəllüdlü T.Allahverdiyevanı vurub. Xəsarət alan azyaşl

Qızıl qiyməti ilə bağlı YENİ PROQNOZ

İlin sonuna qədər qızılın bir unsiyasının qiyməti 4 min ABŞ dollarını keçə bilər. xəbər verir ki, bu barədə "İzvestiya" nəşri ekspertlərə istinadən məlumat yayıb. Ekspertlər qeyd edirlər ki, geosiyasi vəziyyəti

Urmiya gölü tamamilə quruyub

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub. Qeyd olunub ki, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb. Xatırladaq ki

Neftlə bağlı narahatlıq yaradan məqam: Dəyişiklik olacaq?

Son günlər dünya siyasətində baş verən gərginliklər neft bazarına da təsirsiz ötüşmür. İsrailin Qətərin paytaxtı Dohaya hücumu, Rusiyanın Polşa hava məkanına müdaxiləsi və sair kimi hadisələr enerji bazarında qeyri-müəyyənliy

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Balakən şəhərində 344 abonentin qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Şindiye

Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul etdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin yeni təyin edilən hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib. xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Müdafi

Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasına səfərə yola düşür. Bu barədə -a QMİ-nin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, səfər proqram

Beş ay reanimasiyada qalan Əsmər vəfat etdi

Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Əsmər Baxşəli qızı Tağıyeva vəfat edib. O, martın 20-də Ordubad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İk


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2025 sou xeberler bugun ən son xəbərlər bugün son xəbərlər azərbaycanda