Rəqsanədən gözlənilməz addım: Təranənin razılığı olmadan qızlarını aparıb

Rəqsanədən gözlənilməz addım: Təranənin razılığı olmadan qızlarını aparıbRəqsanədən gözlənilməz addım: Təranənin razılığı olmadan qızlarını aparıb...
Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, həbs olunan prodüser Təranə Səmədovanın övladlarını himayəsinə götürüb.
Yenisabah.az xəbər verir ki, müğənni valideynlərdən etibarnamə almadan prodüserin qızlarını sığınacaqdan götürərək bağ evinə aparıb.
Məsələ ilə bağlı danışan  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu faktı təsdiqləyib. O, bildirib ki, uşaqlar hazırda Rəqsanə İsmayılovanın yanındadır:
"Valideyn icazəsi ilə bağlı olan məsələyə aydınlıq gətirim. Valideyn hazırda təcridxanadadır. İkincisi, uşaqlar dövlət qurumlarının iştirakı ilə sığınacağa təhvil veriliblər və uşaqların istəkləri ilə bir müddət - rəsmi qəyyum təyin olunanadək Rəqsanə İsmayılovanın yanında qalmaları qərara alınıb. Biz bununla bağlı aidiyyəti qurumlara da məlumat vermişik".
Onun sözlərinə görə, uşaqlar müğənninin yanında qaldıqları müddətcə aidiyyəti orqanlar tərəfindən nəzarətdə saxlanılırlar və onların vəziyyəti ilə bağlı mütəmadi məlumat alınır:
"Uşaqlar Rəqsanə İsmayılovanın yanında qaldıqları müddətdə Sosial Xidmətlər Agentliyi, Xətai Rayon İcra Hakimiyyəti, polis bölməsi hər biri uşaqların vəziyyəti ilə yerində gedib maraqlanıb, mən də getmişəm. Bu ziyarətdə iştirak edib uşaqların vəziyyətini qiymətləndirmişəm. 
Ananın icazəsi olmadan dediyiniz məsələyə gəldikdə isə, ana bu iki ay boyu gah dedi ki, övladlarım uşaq sığınacağında qalsın, gah dedi Rəqsanəyə etibarnamə verirəm. Bütün səlahiyyətlər qanuni nümayəndə olaraq Xətai Rayon İcra Hakimiyyəti yanındakı komissiyaya aid olduğuna görə, uşaqlar adıçəkilən qurumlar tərəfindən nəzarətdə saxlanılır".
Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbi ilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməyib. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb. / oxu.az

Şou Biznes       Tarix: 11 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər cəbhədən son xəbərlər 2026 hava durumu son xeberler bugun 2026 azerbaycan