Rəsmi Bakı Cozep Borelin bəyanatını sərt tənqid etdi
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır.
azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Cozep Borelin bəyanatına cavabında bildirib.
Qeyd olunub ki, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib:
"Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici bəyanat səviyyəsinə çıxarılması regionumuzda sülhə xələl gətirir. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri ilə bağlı iddialarının erməni əhalisinə qarşı olması hətta Ermənistanın Baş naziri tərəfindən sentyabrın 21-də əhaliyə müraciətində təkzib edilib".

Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü - Foto
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki
Elşad Qarayevin vəsiyyəti nədir?
Demet Akalın vəsiyyətini açıqladı