Rəsmi Bakı Paşinyandan izahat tələb ETDİ

Rəsmi Bakı Paşinyandan izahat tələb ETDİErmənistanın Baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın fikirləri ilə bağlı şərhində bildirilib.
"İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı", – nazirlikdən qeyd olunub.
Bildrilib ki, Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir: "Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.
Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.
Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik.
Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".

Siyasi     Baxılıb: 261   Tarix: 16 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi

"Qafqazda sülh şəraitində yaşamağı öyrənirik". xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz" panelində Azərbaycan Respublikas

Rusiyadan bu ölkələrə SƏRT MESAJ - RƏSMİ

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə bağlı diqqətçəkən açıqlama yayıb. KONKRET.azxəbər verir ki, nazirlik Kiyevi pilotsuz uçuş aparatları ilə təmin edən xarici şirkətlərin ünvanlarını dərc etdiyini bildirib. Rəsmi açıqlamad

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib. xəbə

Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirildi

15 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub. XİN-dən -a verilən xəbərə görə, telefon danışığı zaman

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Zəngilan şəhərində keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində sənədlərin imzalanma mərasimi baş tutub. KONKRET.azxəbər veri

Prezident və xanımı Antalyada Forumun açılışında iştirak etdilər

Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştira

Elçin Əmirbəyov 'CNN Prima News'a müsahibə verib

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə zamanı bildirib ki, Azərbaycan ilə Çexiya arasında 2015-ci ildən Strateji Tərəfdaşlıq Haqqında saziş imzalanıb. xəbər veri

SON DƏQİQƏ: Ərdoğan onları TƏHDİD ETDİ - "Məhv olacaqlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin sıradan bir dövlət olmadığını vurğulayaraq bildirib ki, heç bir qüvvənin Türkiyəyə və onun prezidentinə hədə-qorxu gəlməyə haqqı yoxdur. xəbər verir ki, Ərdoğan bu fikirlər


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbər cəbhədən canlı idman xeberleri qarabag