Rəsmi Moskvanın QARABAĞ ARZUSU: hər şeydən xəbərdardır - AÇIQLAMA
"Rəsmi Moskva Cənubi Qafqazda uzunmüddətli sülhün tərəfdarıdır".
Publika.az xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Sputnik Ermənistan"a açıqlamasında Azərbaycan və Ermənistan səfirlərinin Rusiya xarici işlər naziri ilə son görüşünü şərh edərkən deyib.
O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti yaxşı bilir: "Rusiyanın Xarici İşlər naziri Ermənistan və Azərbaycan səfirlərini işgüzar səhər yeməyinə dəvət etdi. Biz bölgədəki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət haqqında nazirə məlumat verdik. O, fikirlərini, Cənubi Qafqazda uzunmüddətli, dinc, sabit vəziyyətə gəlmək arzusunu bildirdi".
Toqanyan əlavə edib ki, Rusiya sərhəddə atışmalara son qoymağın və tezliklə birlikdə dinc həyata keçməyin tərəfdarıdır.
Qeyd edək ki, ötən gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri - Polad Bülbüloğlu və Vardan Toqanyan ilə görüşüb, ATƏT-in Minsk Qrupunun himayəsi altında Qarabağ nizamlanması üçün səylərin intensivləşdirilməsini müzakirə edib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri sərhədin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və mülki yaşayış obyektlərini atəşə tutmuşdu. Ordumuz düşmənin təxribatına layiqli cavab verərək artilleriya atışları ilə onları geri oturtmuşdu. İnsident fasilələrlə iyulun 16-na qədər davam etdi.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib