Respublika stadionundan yıxılan fəhlə xəstəxanada öldü
Tofiq Bəhramov adına Respublika Stadionunun tavanı çöküb.
KONKRET.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh podratçı şirkət bərpa işləri aparmaq istəyib. Həmin zaman şirkətin fəhlələrindən biri yıxılaraq xəsarət alıb.
Stadionun direktoru Tələt Məmmədov "Qafqazinfo"ya açıqlamasında tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə məlumatsız olduğunu bildirib: "Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu cür addım atıldı. "Qarabağ"ın Avropa Liqasında "Hekken"ə qarşı keçirəcəyi oyun bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək".
***
Qafqazinfo-nun əldə etdiyi son məlumata görə, stadionun tavanından yıxılan fəhlə, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanada vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi