Restoranda matçı izləyənlərə bombalı hücum! Çoxlu ölü və yaralı var
Somalidə Avro-2024 finalının izləndiyi restoranda törədilən partlayışda çoxlu sayda insan ölüb və ya yaralanıb.
KONKRET.az xəbər verir ki, ötən gecə Somalinin paytaxtı Moqadişoda insanların Avro-2024 futbol çempionatının finalını izlədiyi restoranda şiddətli partlayış baş verib.
Polis partlayışın restoranın qarşısındakı avtomobilə yerləşdirilən bombanın işə düşməsi nəticəsində baş verdiyini açıqlayıb. Hücum nəticəsində azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Prezident sarayına yaxın olduğu üçün yaxşı qorunan ərazidə həyata keçirilən hücumda hadisə yerindəki çox sayda avtomobil və bəzi binalara ziyan dəyib.
Hücuma görə məsuliyyəti islamçı Əl-Şəbab qruplaşması öz üzərinə götürüb. Terror təşkilatı son vaxtlar ölkədə hücumlarını artırır.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi