Reytinq keyfiyyət göstəricisi deyil - Kənan Mahmudov
"Mənim sənətim, mənim üçün gəlir vasitəsi deyil. Bu iş könül, zövq, ürək məsələsidir".
Bunu azxeber.com-a açıqlamasında aktyor, rejissor Kənan Mahmudov deyib.
Aktyor reytinqin yuxarı olmasını keyfiyyət göstəricisi hesab etmədiyini deyib:
"Ümumiyyətlə reytinqdən danışanda ortaya belə bir sual çıxır. Bu reytingi kim müəyyənləşdirir? Onu ölçən cihaz kimin evində var? Bu qədər bayağı şeylərə reytinq gətirən kütlə nə kitab oxuyur? Bunlar hansı musiqiyə qulaq asır? Bunlar nə yeyirlər? O verilişlər, o musiqilər niyə reyting verir? Mənim layihələrim də zamanında 17,18,19 reytinq verib. Sizi inandırım ki, o cihazları bu gün başqa evlərdə quraşdırsaq, tamam fərqli mənzərə ortaya çıxacaq. Mənə görə reytinq keyfiyyət göstəricisi deyil. Əgər reyting keyfiyyət göstəricisi sayılırsa, o zaman "TikTokda", "Instagramda" milyonlarla izlənən insanlar kimdir?
Axı, mənim xalqım ondan ibarət deyil. Bu xalqın Əliağa Vahidi, Niyazisi, Füzulisi var. Reyting anlayışının olmadığı zamanlardakı keyfiyyətə baxsaq görərik ki, hər şey daha yüksək səviyyədə idi. İndi hər şey reytinqə bağlı olduğu üçün, kanal da bizdən bunu tələb edir. Bu da bizim işimizə istər-istəməz təsir göstərir. Bu gün mən "Art house" tərzində bir şey çəksəm, ona heç kim baxmıyacaq. Mənə dəli deyəcəklər. Mən sənətimin fədaisiyəm. Bir gün Müşfiq Tumurcuq mənə dedi ki, sənin başın xarab olub, hamı komediya çəkir, sən dram çəkirsən. Bəli, mənim başım xarabdır. Mən sizdən biri kimi ola bilmirəm. Müşfiq də, Elməddinin də hamısının komediya janrının inkişafında zəhmətləri çoxdur. Amma onlar tamaşaçı nə istəyirsə onu çəkirlər. Mən onları buna görə qınamıram, amma mən bunu bacarmaram. Çünki mənim sənətim, mənim üçün gəlir vasitəsi deyil. Bu iş könül, zövq, ürək məsələsidir".
Aysel Hacızadə

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib