"Reytinq xatirinə səviyyəni aşağı salmısınız, sənətkar niyə gəlsin?

Əməkdar artist Abbas Bağırov da efir məkanını tənqid edib.
azxeber.com xəbər verir ki, Abbas bununla bağlı instaqramda "story"lər paylaşıb. Bağırov bu fikirləri yazıb:
"Bir çox televiziya aparıcılarına, müəyyən verilişlərin redaktor və direktorlarına sualım var! 20–30 ildən sonra bu gün efirlərinizdə nümayiş etdirdiyiniz bu səviyyəsizliyi hansı üzlə xatırlayacaqsınız? Gələcək nəsil sizdən soruşanda ki, Azərbaycan mədəniyyətini, bu qədər zəngin və bənzərsiz musiqi irsimizi necə qorudunuz, nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, efirə çıxardıqlarımız musiqidən xəbəri olmayan, yalnız sosial şəbəkədə "populyar" olan insanlar idi? Doğrudanmı bu gün kim izlənmə yığırsa, o da efirə çıxmalıdır? Bu qədərmi ucuzlaşmalıdır meyarlar?
Peşəkar Azərbaycan musiqisi hər zaman sevilib, hər zaman zirvədə olub və tarixdə əbədi yaşayacaq! Amma siz bu gün gənc nəslə elə ifalar və təqdimatlar göstərirsiniz ki, küçədə belə dinlənməsi insana xəcalət gətirər. Efir sadəcə şou deyil! Efir millətin aynasıdır! Efir gələcəyin yaddaşıdır! Siz isə bu aynanı bulandırırsınız… Bu yaddaşı zədələyirsiniz… Bu millətin musiqi adına qürur duyduğu dəyərləri ayaq altına atırsınız! Unutmayın, zaman hər şeyi yerinə qoyur. Amma tarix heç vaxt səhv tərəfdə duranları bağışlamır. Gələcək nəsilə doğru mədəniyyətimizi, zövqlü musiqimizi, həqiqi sənəti təbliğ etməliyik! Əgər deyəcəksiniz ki, "indi kim yaxşı musiqiyə qiymət verir?", "hamiya şou lazımdır", "dava-dalaş reytinq gətirir", onda sual verirəm: bu zövqü formalaşdıran kimdir?
Efir zövq yaradır. Efir istiqamət göstərir. Efir cəmiyyətin düşüncəsinə təsir edir. Əgər siz hər gün səviyyəsizi təqdim etsəniz, əlbəttə ki, səviyyəsiz alqışlanacaq. Amma siz bir yerdə qərar versəniz ki, yaxşısını, keyfiyyətlisini, peşəkarı təbliğ edək, onda görəcəksiniz ki, tamaşaçı da dəyişir, zövq də yüksəlir, keyfiyyət də öz yerini tutur! Birlikdə başlayın yaxşısını göstərməyə, dəyəri olanı efirə çıxarmağa, həqiqi sənətə meydan verməyə. O zaman görəcəksiniz ki, keyfiyyət nədir və necə olmalıdır! O zaman anlayacaqsınız ki, xalqın zövqü aşağı deyil, sadəcə ona seçim təqdim edən sizsiniz. Unutmayaq: biz gələcəyin musiqi yaddaşını bu gün yazırıq. Bir də bəzi aparıcılar efirdə belə deyirlər: "Yaxşılar, sənətkarlar gəlmir bizim efirə, biz də məcbur qalıb bayağıları dəvət edirik…" Doğrudanmı məsələ budur? İllərlə efiri 2-3-cü dərəcəli səviyyəyə salandan sonra, sənətkar niyə gəlib sizin verilişinizdə iştirak etməlidir? Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız, səviyyəni aşağı salmısınız, sonra da deyirsiniz ki, yaxşılar gəlmir.
Əvvəlcə konsepti köklü şəkildə dəyişmək lazımdır! Mühiti dəyişmək lazımdır! Dəyər anlayışını geri qaytarmaq lazımdır! Əgər siz bayağını alqışlatmağı bacarırsınızsa, deməli keyfiyyəti də alqışlatmağı bacarırsınız! Çünki tamaşaçı sizin təqdim etdiyinizə reaksiya verir. Yox, əgər birini bacarıb, digərini bacarmırsınızsa, deməli məsələ tamaşaçıda deyil… O zaman açıq demək lazımdır: Siz keyfiyyətin tərəfdarı yox, onun qarşısında dayananlardansınız".

Şou Biznes       Tarix: 22 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


yeni xeberler son xeberler azerbaycan xeberleri bugun xeberler hava proqnozu novruz bayramı xeber.az son xeberler