Rişi Sunak İlham Əliyevi təbrik etdi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Prezident Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.
Ötən 30 ildən artıq müddətdə ölkələrimiz arasındakı münasibətlər daha da güclənib. Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün birgə işləmişik, Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik.
2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız. Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin olar bilərsiniz.
Mən, həmçinin Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram.
Yeni səlahiyyət müddətinizdə Sizə uğurlar arzulayır və tərəfdaşlığımızı daha da möhkəmləndirmək üçün Sizinlə işləməyi səbirsizliklə gözləyirəm".
Turlar.az [newsid: 0-123300]

Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi