"RobotChallenge 2026" üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Beynəlxalq Robot Olimpiadasının ("RobotChallenge") Azərbaycanda keçiriləcək yerli mərhələsinə hazırlıq işləri uğurla davam edir.
azxeber.com xəbər verir ki, Azercell-in dəstəyi ilə həyata keçirilən layihə ölkədə innovasiya, texnologiya və STEAM sahələrinə marağın artmasına töhfə verir. Mobil operator yarışın milli seçim mərhələsinin rəsmi sponsorlarından biri olaraq gənclərin texnoloji bilik və bacarıqlarının inkişafını təşviq edir.
Hazırlıq mərhələsi çərçivəsində müxtəlif dövlət məktəblərində və özəl təhsil mərkəzlərində "RobotChallenge" ilə bağlı maarifləndirici tədbirlər baş tutub, bir sıra yerli universitetlərdə infosessiyaların təşkili planlaşdırılıb. Həmçinin şagird və tələbələr üçün seminarların, sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələrin, interaktiv təlimlərin də həyata keçirilməsi nəzərdə tutulub.
Olimpiadanın əsas məqsədi robototexnika və STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) yönümlü biliklərə marağı gücləndirmək, istedadlı məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Milli seçim mərhələsində yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil edəcəklər.
Xatırladaq ki, yarışa qeydiyyat proqramlaşdırma istiqaməti üzrə (onlayn formatda) 18 fevral 2026-cı il, robototexnika istiqaməti üzrə isə 25 mart 2026-cı il tarixinədək açıqdır.
"RobotChallenge 2026" barədə ətraflı məlumat və qeydiyyat üçün məktəblilər və komandalar www.robotchallenge.az saytına müraciət edə bilərlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu