Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə: "500 mln. ton..." - FOTO

Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə: "500 mln. ton..." - FOTO"Azəri-Çıraq-Günəşli" yataqlarında indiyə qədər olan ümumi neft hasilatı artıq 500 mln. tona çatdırılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
SOCAR-ın prezidenti 2019-cu ilin nəticələri barədə söz açıb, il ərzində şirkətin Azərbaycanda və ölkə xaricində TANAP qaz boru kəməri, "SOCAR Polymer", Karbamid zavodu kimi uğurla başa çatdırdığı layihələrdən bəhs edib.
O, qarşıdakı illərdə şirkətin perspektivləri üzərində ətraflı dayanıb, SOCAR-ın Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak etdiyini bildirib:
"Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar kursu SOCAR-ın qarşısında yeni üfüqlər açır. Biznes dayanıqlığının artırılması, istehsal proseslərinin rəqəmsallaşdırılması qarşımızda duran başlıca vəzifələrdən biridir. SOCAR daim zamanın tələblərinə cavab vermiş şirkət olub və bu gün də belədir. Biz yaxşı başa düşürük ki, bu gün rəqəmsallaşmada uğur qazana bilməyən şirkətlər 10-15 ildən sonra bazarı tərk etmək məcburiyyətində qalacaq. Biz şirkətin əmək effektivliyini işçi sayını çoxaltmaqla yox, texnoloji güc ilə artırmaq niyyətindəyik. Bu gün geniş yayılmış peşələrin çoxu yaxın gələcəkdə tarixə qovuşacaq, rəqəmsallaşma dövrünün yeni peşələri yaranacaq. Şirkətimizin kadr hazırlığı siyasətində bu məsələlər də nəzərə alınmaqdadır".
Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 sentyabr "Neftçilər günü" və "Neft Daşları"nın 70 illiyi ərəfəsində imzaladığı Sərəncamlara əsasən, təltif edilmiş neftçilərin bir qrupu iştirak ediblər.Tədbirdə neftçilərin Milli Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə Azərbaycan xalqına təbrik və müraciətlərini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamları oxunub. "Tərəqqi" medalı, 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuş və "Fəxri neftçi" adına layiq görülmüş neftçilərə ali dövlət təltifləri təqdim olunub.
Təltif olunanlar adından çıxış edənlər, layiq görüldükləri dövlət mükafatlarını bütün Azəbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləyib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını vurğulayıblar. Tədbirin sonunda SOCAR-ın birinci vitse-prezidenti Akademik Xoşbəxt Yusifzadə Azərbaycan neftçilərini qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. Ölkə başçısı İlham Əliyevin SOCAR-dakı fəaliyyətini xatırladaraq, onun daim neftçilərin dostu olduğunu vurğulayıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar