Röya Ayxanın Rusiya turu - Bilet tükənir
Ötən il verdiyi konsertlər və hitləri ilə gündəmdə olan Xalq artisti Röya Ayxan konsert turnesinə başlayır.
azxeber.com xəbər verir ki, sənətçi musiqi ziyafətinə ilk olaraq "Baku Crystall Hall"dan start verəcək. 8 martda Bakıdakı sevənlərinin qarşısına çıxacaq sənətçi ölkədən xaricdə yaşayan fanatlarını da unutmayıb.
Rusiyaya peşəkar komandası ilə yollanmağı planlaşdıran pop kraliça Yekatrinburqda tamaşaçıları üçün hit mahnılarını səsləndirəcək. Onun konserti 16 martda 3 min nəfərlik tutumu olan şəhərin ən məşhur zalı - "MTC Live Hall"da gerçəkləşəcək.
Cəmi 1 həftə sonra isə Röya Ayxan Moskvada səhnəyə çıxacaq. Pop ulduzun 22 mart konsertinin biletləri artıq tükənib. O, bu dəfə də "Vegas City Hall"da pərəstişkarlarının görüşünə gələcək.
Röya Ayxanın builki marafonu bununla da bitmir. Estradamızın ən məşhur siması Avropanın bir çox şəhərində konsertlər verəcək, illərdir dillər əzbəri olan ifalarını qonaqlarla birlikdə səsləndirəcək.
Qeyd edək ki, R.Ayxan ötən il ard-arda 3 gün olmaqla, 2 dəfə Bakı Konqres Mərkəzində 20 mindən çox insana konsert vermiş, səhnə şouları və performansları ilə günlərlə sosial medianın müzakirə mövzusu olmuşdu.


Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Günel Bədəlovaya yüksək vəzifə verildi
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi