Röya və Əkbərin mahnısı erməni mətbuatında - FOTO

Röya və Əkbərin mahnısı erməni mətbuatında - FOTOSon günlərdə sosial şəbəkələrdə müzakirə olunan Xalq artisti Röya Ayxan və müğənni Əkbərin dueti "Ay qız" erməni mətbuatında müzakirə olunub.
azxeber.com-un əldə etdiyi məlumata görə, onlar, əsassız şəkildə yutubdan silinən mahnının müəllifi kimi Karen Sevakı göstəriblər.
Erməni mətbuatında yer alan xəbərə görə, mahnını xalq artistinin yutub kanalından, özünü müəllif kimi təqdim edən erməni musiqiçi Karen Sevak sildirib.
Onlar iddia edir ki, "Ay qız"ın musiqisi sözügedən müğənninin "Tsiani" mahnısının musiqisidir.
Xatırladaq ki, heç bir əsası olmayan iddialardan sonra silinən "Ay qız" adlı mahnının bəstəkarı xalq artistinin qardaşı İsmayıl Zadədir.
Qeyd edək ki,  Xalq artistinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən əsər orijinal kontentdir və müəllif hüquqları tam şəkildə qanuni əsaslarla qorunur:
"Mahnının "TikTok" və instaqram platformalarında sürətlə yayılması və trendə çevrilməsi dinləyicilər tərəfindən böyük maraqla qarşılandığını bir daha təsdiqləyir. Hazırda əsassız şikayət səbəbilə video yutub platformasından müvəqqəti olaraq silinib. Bununla əlaqədar tərəfimizdən rəsmi qaydada kontr-notifikasiya (əks-bildiriş) təqdim olunub. Qanunvericiliyə uyğun prosedurlara əsasən, yaxın günlərdə videonun bərpası gözlənilir. Yutubun qaydalarına uyğun olaraq, bu müddətin tamamlanmasını gözləmək məcburiyyətindəyik".
Aysel Hacızadə
Röya və Əkbərin mahnısı erməni mətbuatında - FOTO

Şou Biznes       Tarix: 01 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az xəbər.az enson xeberler cəbhədən son durum