Röyal: Nağılda olduğu kimi, indi biri var, biri yox
"Sən demə gələcəkdə mənim ömür-gün yoldaşım olacaq insan 2 il gözümün önündə olub, mənsə onu tanımamışam".
azxeber.com xəbər verir ki, bunu Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal deyib.
Sosial media hesabında həyat yoldaşı ilə nadir fotosunu yayımlayan Röyal, tanışlıq hekayəsindən danışıb:
"Mən televizora çox baxan biri deyildim, yalnız futbol olanda baxardım, elə indi də baxmıram. Restoranda işləyəndə Tünzalə o məkanda xına mərasimləri edirdi. Mənə deyirdilər ki, "Toppuş bacını tanıyırsan?". Mənsə yox, tanımıram deyirdim. Hətta bir dəfə onunla sözümüz tərs də gəlmişdi. Məndən masa istəmişdi, mən də işim var, özünüz alın demişdim. Nə bilərdim axı o mənim gələcək həyat yoldaşım, Zəhramın anası, mənim ən dəyərlim olacaq? Sən demə gələcəkdə mənim ömür-gün yoldaşım olacaq insan 2 il gözümün önündə olub, mənsə onu tanımamışam. Bax belə... Nağılda olduğu kimi, indi biri var, biri yox... Mən də yox olana qədər səbr edəcəyəm".
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür