Ruben Vardanyan getdi, növbəti hədəf kimdir? - Bakının yeni planı

Ruben Vardanyan getdi, növbəti hədəf kimdir? - Bakının yeni planıRusiyadan Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına göndərilən və 2022-ci ilin 4 noyabrında separatçı tör-töküntülərin "dövlət naziri" vəzifəsinə təyin edilən rusiyalı milyarder Ruben Vardanyan vəzifəsindən azad edilib. R.Vardanyanın yerinə "dövlət naziri" vəzifəsinə Qurgen Nersisyan təyin edilib. Beləliklə, 112 günlük Vardanyan tamaşası sona çatmış oldu.
Vardanyan ilə separatçı tör-töküntülərin "rəhbəri" Araik Arutyunyan arasında intriqanın olduğu bəlli idi. Ruben deyib ki, "Birincisi, niyə istefa vermədim? Düşünürəm ki, mən əsgərəm, istefa verə bilmərəm. Lazımdırsa, komandir məni azad edə bilər". O bununla Arutyunyan ilə aralarındakı fikir ayrılıqlarına diqqət çəkərək, vəzifəsindən öz istəyi əsasında getmədiyini demək istəyir.
Vardanyanın vəzifədən azad edilməsinin pərdəarxası
R.Vardanyan hər nə qədər vəzifədən azad edilməsini Arutyunyan ilə əlaqələndirsə də, prosesin əsl səbəbi haqda da ipucları verir. Misal üçün o "birincisi, niyə istefa vermədim? Düşünürəm ki, mən əsgərəm, istefa verə bilmərəm. Lazımdırsa, komandir məni azad edə bilər" sözlərinin ardınca fikrinə davam edərək deyib ki, "həm də kənardan təzyiq həddən artıq böyük idi. Arutyunyanda informasiya daha çoxdur və o, situasiyanı bilir".
Vardanyan "kənardan təzyiq həddən artıq böyük idi" deyərkən faktiki olaraq Azərbaycanı, daha dəqiq desək, Prezident İlham Əliyevin qəti iradəsini nəzərdə tutur. Məsələ ondadır ki, ölkə başçısı Vardanyan məsələsində lap əvvəldən prinsipial mövqe sərgiləyərək Rusiyaya açıq şəkildə etirazını bildirdi. Mümkündür ki, Prezident İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefonla danışığı zamanı Vardanyan məsələsində yekun sözünü deyib. Digər tərəfdən, Kremlin Vardanyan məsələsinə ötəri yanaşma ehtimalı nəzərə alınaraq hərbi əməliyyat variantı da "B" planı kimi qüvvədə idi.
Növbəti hədəf Araik Arutyunyandır
Azərbaycan Prezidentinin Vardanyan məsələsindəki prinsipial və sarsılmaz mövqeyi Araik Arutyunyanın da sıradan çıxması ilə nəticələnə bilər.
Birincisi, R.Vardanyanın Azərbaycanın təkidi ilə vəzifəsindən azad edilməsi hər şeydən öncə rəsmi Bakının Xankəndi üzərində təsirinin olduğunu göstərir. Bu, həm də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə nəzarət imkanın olmadığı arqumentlərini çürüdür.
İkincisi, R.Vardanyanın məhz Bakının təkidi ilə vəzifəsindən uzaqlaşdırılması erməni əsilli insanlar arasında separatçı rejimə və Araik Arutyunyana olan inamı azalda bilər. Bu, Bakının həm də növbəti mərhələdə Araik Arutyunyanı sıradan çıxarması üçün əlavə dividentlər qazanması deməkdir.
Üçüncüsü və ən önəmlisi, Vardanyanı Rusiyanın belə qoruya bilməməsi erməni əhalisində sülhməramlıların "təhlükəsizliyin qarantı" obrazını sarsıtdı.
Laçın yolunda aksiya başa çatır?
Vardanyanın vəzifəsindən uzaqlaşdırılması bu sualı aktuallaşdırır. Lakin bu, Laçın yolunda davam edən ekoaksiyanın başa çatması üçün əsas deyil. Bunun üçün əvvəlcə aksiya iştirakçılarının tələblərinə nəzər yetirmək lazımdır.
Birincisi, Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı, Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir.
İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin.
Üçüncüsü, Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın.
Dördüncüsü, Arutyunyan-Vardanyan cütlüyü Qarabağı tərk etməlidir.
Şərtlərə baxdıqda yalnız dördüncü şərtin hələlik yerinə yetirildiyini görmək olar. Daha doğrusu, bu tələb də tam deyil, 50 faizi yerinə yetirilib. Çünki Vardanyan vəzifəsindən uzaqlaşdırılsa da, Arutyunyan ilə bağlı hələlik heç bir tədbir görülməyib.
Aksiya iştirakçılarının digər tələbləri isə ümumiyyətlə həyata keçirilməyib. Vardanyanın vəzifəsindən uzaqlaşdırılması Laçın yolunda aksiyanın yekunlaşması üçün əsas deyil.
Müəllif: Politoloq Turan Rzayev / azxeber.com

Siyasi       Tarix: 25 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler xabarlar xeber.az krminal bu gun sonxeberler