Ruben Vardanyanın apellyasiya şikayəti rədd edildi
Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışan və sentyabrın 27-də "Laçın" dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti rədd edilib.
"Report"un məlumatına görə, onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd edib.
Qeyd edək ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq aparılır. Toplanan sübutlarla, hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ