Rubio: ABŞ İrana qarşı preventiv hərbi əməliyyatı istisna etmir
ABŞ İrana qarşı preventiv xarakter daşıya biləcək hərbi əməliyyatın həyata keçirilməsini istisna etmir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə danışıb.
Rubionun sözlərinə görə, belə bir addım potensial hücumun qabaqlanmasına xidmət edə bilər, lakin bunun mütləq baş verəcəyi demək deyil.
O, ABŞ-ın bu ssenarinin reallaşmamasına ümid etdiyini də vurğulayıb.
Dövlət katibi qeyd edib ki, Vaşinqton hazırda İrana yönəlik riskləri nəzərə alaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq niyyətindədir.
Onun sözlərinə görə, ABŞ regionda qüvvələr yerləşdirməklə şəxsi heyətini və obyektlərini mümkün İran təhdidlərindən qorumaq imkanını nümayiş etdirir./APA
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər