Rubl və lirə kəskin dəyərsizləşir, manatı nə gözləyir? - AÇIQLAMA

Rubl və lirə kəskin dəyərsizləşir, manatı nə gözləyir? - AÇIQLAMA"Qonşu Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Dollara nisbətdə rubl yeni psixoloji həddə yaxınlaşmaqdadır. ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üç rəqəmli həddədək ucuzlaşacağı da istisna deyil. Artıq Rusiyada 1 dollar almaq üçün 97 rubl ödəmək lazımdır. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib".
azxeber.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov şəxsi feysbuk səhifəsində yazıb.
Deputat bildirib ki, Türkiyədə lirə də öz dəyərini itirməkdə davam edir:
"Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısa müddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi. Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür.
Sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır".
Manatın məzənnəsinin dəyişməsində əsas səbəb ölkəyə daxil olan valyutanın həcmidir:
"Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. 
Əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər.
Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Mikayıl Mirzəzadə

İqtisadiyyat       Tarix: 09 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun