Rublun bahalaşması Azərbaycandakı rus mallarına necə təsir edəcək?
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 100 Rusiya rublunun məzənnəsi 1 % artaraq 2,1453 manat təşkil edib. Bəs, bu artım Azərbaycan bazarında rus məhsullarının qiymətinə təsir edəcəkmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, rublun 1 faiz bahalaşması Azərbaycan bazarında rus məhsullarının qiymətinə ciddi təsir göstərməyəcək.
Onun sözlərinə görə, valyuta məzənnəsinin kiçik diapazonda dəyişməsi idxal olunan məhsulların qiymətində dərhal əksini tapmır:
"Rublun 1 faiz möhkəmlənməsi Rusiyadan gətirilən məhsulların qiymətini eyni faizdə artırmır. Belə dəyişikliklər bir neçə günlük və ya həftəlik ola bilər, sonra yenidən əvvəlki səviyyəsinə qayıdar. Yalnız valyutalar arasında 5 faiz və ya daha çox fərq yaranarsa, bu, qiymətlərə dərhal təsir göstərir. Valyuta möhkəmlənərsə məhsullar bahalaşır, ucuzlaşarsa isə bir ay və ya ay yarım ərzində qiymət aşağı düşür. İndiki halda isə rublun 1 faiz bahalaşması və avronun 0,1 faiz ucuzlaşması daxili bazara ciddi təsir etməyəcək".
Aynurə İsmayıl,
KONKRET.az

Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi
Şəhid atası vəfat etdi - Fotolar
Ukrayna müharibənin başlanğıcından bəri ən güclü mövqeyindədir
İlham Əliyev Maldiv prezidentinə məktub ünvanladı
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
Cəlilabadda ev tamamilə yandı
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama