Rublun dəyər itirməsi Azərbaycana necə təsir edəcək? - VİDEO

Rublun dəyər itirməsi Azərbaycana necə təsir edəcək? - VİDEORusiya-Ukrayna müharibəsi başlayan gündən onlarla ölkənin Rusiyaya tətbiq etdiyi ciddi iqtisadi sanksiyalar bu ölkənin milli valyutasını kəskin ucuzlaşdırıb. Böyük bir regionda dominant valyuta rolunu oynayan rubl, sanksiyalara tab gətirə bilmir.
Rusiyada yüz minlərlə soydaşımız çalışır və Azərbaycanda yaşayan yaxınlarına müntəzəm şəkildə vəsait göndərir. Ümumilikdə ölkəmizə xaricdən hər il təqribən 1,2 milyard dollar vəsait göndərilir ki, bunun da təqribən 53 faizi Rusiyanın payına düşür. Rusiyadan ölkəmizə göndərilən vəsaitlər 2020-ci ildə 17, 2021-ci ildə isə 13 faiz artıb.
Ekspertlər deyirlər ki, Ukrayna ilə bağlı baş verənlərin fonunda Rusiya iqtisadiyyatının qarşılaşdığı problemlər bu ölkədən göndərilən vəsaitlərə də təsirsiz ötüşməyəcək.
Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdə dayanır. Azərbaycanın meyvə və tərəvəz məhsullarının əsas ixrac ünvanı olan Rusiyada rublun dəyər itirməsi xarici məhsulların bu ölkədə bahalaşmasına və nəticədə alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Yəni Azərbaycan məhsullarının bu ölkədə bahalaşmaması üçün ixrac etdiyimiz məhsulları əvvəlkindən daha ucuz qiymətə satmalıyıq. Lakin bu ölkəyə tətbiq olunan digər sanksiyalar azərbaycanlı ixracatçılara əlavə imkanlar da verə bilər.
Ölkəmizlə Rusiyanın ticarət əlaqələri təkcə yüksək ixrac əməliyyatları ilə məhdudlaşmır, bu ölkə Azərbaycanın idxalında da mühüm yer tutur. Odur ki, ucuzlaşan rus rublu bu ölkənin məhsullarını azərbaycanlı alıcılar üçün daha əlçatan edə bilər. Lakin Rusiya iqtisadiyyatının sanskiyalardan görəcəyi ziyan bu ölkənin ixrac imkanlarını da məhdudlaşdıra və qiymətlərə fərqli təsir də göstərə bilər.
Qeyd edək ki, qlobal valyuta bazarında Rusiya-Ukrayna müharibəsi başlayana kimi rus valyutasının 1 dollara nisbətdə dəyəri 80 rublu ötmürdü, hazırda isə 1 dollar 100-120 rubla dəyişdirilir və yaxın günlərdə devalvasiyanın dərinləşəcəyi də proqnozlaşdırılır.
KONKRET.az daha ətraflı "Xəzər Xəbər"in süjetini təqdim edir:

Sosial       Tarix: 01 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az