"Rus səması"nın təhlükəsi: PVO-nun vurduğu Azərbaycan təyyarəsi, "Aeroflot"a kiberhücum və... - SENSASİON DETALLAR

Tanınmış rusiyalı politoloq Sergey Markov "Tsargrad" telekanalında çıxışı zamanı artıq çoxlarının şübhələndiyi, lakin rəsmi səviyyədə təsdiqlənməyən bir faktı açıq şəkildə etiraf edib: 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən Azərbaycan sərnişin təyyarəsini məhz Rusiya vurub.
KONKRET.az minval.info-ya istinadən xəbər verir ki, "Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi – təyyarədir. Biz o təyyarəni vurduq. Bu, kifayət qədər aydındır. Bu artıq dəqiq bilinir və Azərbaycan da yaxşı bilir ki, Rusiya rəhbərliyi dəqiq olaraq təyyarəni vurduğunu anlayır," – deyə politoloq bildirib. Bu barədə daha əvvəl Minval Politika da yazmışdı.
Hadisə ətrafında hələ də siyasi mübahisələr səngiməsə də, bu faciənin daha dərin və qorxulu tərəfi – hava məkanında sivil insanların təhlükəsizliyidir. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin fəaliyyəti artıq yalnız potensial yox, real təhdidə çevrilib.
"Pantsir" nasaz idi, rabitə yox idi, PVO "təxminlə" atəş açırdı
Hadisə ilə bağlı yayılan təfərrüatlar isə sözün əsl mənasında dəhşət doğurur. Suriyadan gətirilən və Qroznı yaxınlığında döyüş növbətçiliyinə yerləşdirilən "Pantsir" zenit-raket kompleksi texniki cəhətdən nasaz olub, rabitə sistemi isə ya zəif, ya da ümumiyyətlə olmayıb. "Kover" planı çərçivəsində rus PVO-su, sadəcə olaraq, "gözə görünən hərəkətə" reaksiya verib. Nəticədə ilk qurban Azərbaycan sərnişin təyyarəsi olub. Amma sabah bu rolu istənilən başqa ölkənin — hətta Rusiyanın özünün — hava gəmisi oynaya bilər.
Rusiya səması – artan təhlükə zonası
Hadisədən sonra Rusiya hökumətinin dərhal araşdırma aparmalı, məsul şəxsləri cəzalandırmalı və sistemdə ciddi dəyişikliklər etməli olduğu gözlənilsə də, reallıqda nə effektiv istintaq aparılır, nə də HHMQ sistemində şəffaflıq yaranır. Əksinə, məsələ ört-basdır edilir, təqsirkarlar qorunur. Ekspertlər xəbərdarlıq edirlər ki, "Kover" planı artıq təkcə Qroznıda deyil, Moskva, Sankt-Peterburq, Kazan və digər böyük şəhərlərin hava limanlarında da mütəmadi şəkildə tətbiq edilir. Bu isə o deməkdir ki, istənilən anda növbəti sivil təyyarə hədəf ola bilər.
"Aeroflot"a kiberhücum və Rusiya aviasiyasının dağılması
Sergey Markovun açıqlamaları elə bir vaxta təsadüf edir ki, Rusiya aviasiyası "Aeroflot"a qarşı kiberhücumdan sonra özünə gəlməyə çalışır. Sosial şəbəkələrdə sərnişinlərin ləğv olunan və ya gecikdirilən reyslərdən şikayətləri artır. Şirkətin kompüter sistemində yaranmış texniki problem, demək olar ki, bütün iş proseslərini iflic edib. Rəsmi məlumata görə, kiberhücumun uğur qazanmasının səbəbi yüksək vəzifəli şəxslərin 2022-ci ildən bəri parolları dəyişməməsi olub.
Ekspertlər isə daha dərin bir problemi qabardır: Ukrayna ilə müharibə başlayandan sonra Rusiya aviasiyası ciddi kadr çatışmazlığı yaşayır. Təcrübəli pilotlar və texniki heyət ya mobilizasiya olunaraq cəbhəyə göndərilib, ya da ölkədən gedib. Onların yerini ya təqaüdçülər, ya da yeni təlim keçmiş, təcrübəsiz gənclər tutur.
Təyyarələr – "qanunsuz saxlanılan" və təhlükəli
Bundan əlavə, Rusiyanın 2022-ci ildə qərb şirkətlərindən lizinqə götürdüyü təyyarələri geri qaytarmaması beynəlxalq aləmdə "mülki aviasiya tarixində ən böyük oğurluq" kimi qiymətləndirilmişdi. Lakin bu qərarın nəticəsi olaraq həmin təyyarələrin servis və texniki təminatı mümkün deyil. Qanuni ehtiyat hissələri yoxdur, "qara bazar"dan alınan saxta hissələrlə işləməyə məcbur qalırlar. Bu isə rus aviaparkını tədricən İranın səviyyəsinə salır — orada da onilliklər əvvəl alınmış təyyarələr hələ də uçur, amma qəza və insident sayı gizlədilə bilmir.
Keçmiş faciələr və qara tarix
Rusiyanın aviasiya problemləri təkcə son dövrlə məhdudlaşmır. 1994-cü ildə baş verən SU593 qəzasında kapitan şturvalı 15 yaşlı oğluna vermişdi. 2008-ci ildə Permdə baş verən SU821 qəzasının səbəbi isə sərxoş pilot olmuşdu. Bunlar yalnız mediaya çıxmış, ən məşhur nümunələrdir. Onlarla başqa avia-insidentin isə ya üstü örtülür, ya da statistikaya salınmır.
Nəticə: Rusiyanın hava məkanından uzaq durmaq lazımdır
Bir çox beynəlxalq şirkətlər artıq illərdir öz əməkdaşlarına Rusiya daxilində belə uçuşlar üçün yerli aviaşirkətlərdən deyil, "üçüncü ölkə"lər üzərindən tranzit marşrutlardan istifadə etməyi tövsiyə edir. Bu, rus təyyarələrinin texniki durumuna və ekipaj intizamına qarşı ehtiyat tədbiridir. Amma bu tədbirlər PVO təhlükəsini azaltmır.
Bütün bu faktorları nəzərə alaraq, ekspertlər bildirirlər ki, Rusiya səması sivil aviasiya üçün "yüksək risk zonası"na çevrilib. Həm texniki nasazlıqlar, həm insan faktoru, həm də PVO-nun "qeyri-proqnozlaşdırıla bilən" fəaliyyəti bu məkanı bütün dünya üçün təhlükəli edir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 31 iyul 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda