Rusiya Avropanı soyuqdan dondurur: Avropalıların gözü Azərbaycana çevrilib

Rusiya Avropanı soyuqdan dondurur: Avropalıların gözü Azərbaycana çevrilibAvropa Birliyinin Ukraynaya görə Rusiyaya olan təzyiqləridavam edən bir ərəfədə, Rusiya enerji həmləsini işə salıb. Belə ki, Rusiyafevral ayından etibarən Avropaya neft ixracını 14 faiz azaldacağını bildirib. Rusiyabundan öncə də Avropaya təbii qazın ixracını azaltmışdı. Hazırda birjalardaqazın və neftin qiyməti sürətli şəkildə artır.
Mövcud gərginlik, neft ölkələri üçün yeni fürsətlər yaradır və"qara qızıl"ın qiyməti pandemiyadan öncəki illərin səviyyəsinə qalxır. 
Rusiyanın Avropanın enerjisini kəsməsi, AzərbaycanınAvropanın enerji təhlükəsizliyi məsələsində yenidən aktiv iştirakçıya çevirəcək.Belə olan halda, neft və qazın qiymətində yenidən sürətli artım olacaqmı?
Həmçinin oxu:
İqtisadçı-ekspert Eldəniz Əmirov Azxeber.com-a açıqlamasında məsələni bu cür izah edib:
Rusiya Avropanı soyuqdan dondurur: Avropalıların gözü Azərbaycana çevrilib"Rusiyanın Ukraynaya görə Avropaya neftin ixrac səviyyəsininazaltması neftin qiymətlərinə təsir göstərəcək. Amma bunu məhz Azərbaycanneftinin qiymətinə təsir edəcək kimi qiymətləndirmək düzgün olmaz. Çünki neftinqiyməti ölkələr üzrə deyil, "qara qızıl"ın markasına görə dəyərləndirilir. Azərbaycannefti olan "Azerlight" markalı neftin qiymətinə təsir göstərəcək, amma adətənbu cür hallarda bu təsir uzunmüddətli olmur. Çünki Azərbaycan neftinin qiymətininqalxdığı təqdirdə müəyyən səviyyəyə qalxa bilir, müəyyən səviyyədən sonra isə tərəflərbahalı nefti deyil, qalxmadan stabil qalmış digər markalı neftə müraciət edirlərvə bunun alışı istiqamətində aktivləşmə gedir. Buna görə də markalar üzrə olanneft qiymətlərinin bir-birindən kəskin şəkildə fərqlənməsini biz görmürük.Xüsusilə də "Brend" və "AzerLight" markalı neftlərin bareli üzrə baxandagörürük ki, qiymətlər kifayət qədər yaxındır. Bu tendensiya, sırf Azərbaycanneftinin deyil, ümumi neft qiymətlərinin qalxmasına gətirib çıxara bilər. Qeydetdiyim kimi, bu cür tendensiyalar qısa müddət ərzində effektiv olur".
Ekspert onu da qeyd edib ki, bu cür proseslər həmişə neftinqiymətinə təsir göstərir:
"Ümumiyyətlə neft istehsalçısı və neftin iri idxalçıları –bu iki qrupa daxil olan ölkələr arasında münasibətlər və ya o ölkələrin özlərininarasında bir-biri ilə münasibətlərində olan gərginlik həmişə neft qiymətlərinətəsir göstərir".
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə Azxeber.com-aaçıqlamasında bildirib ki, neftin qiymətinin artması sırf Rusiya-Ukrayna məsələsisəbəbilə deyil:
Rusiya Avropanı soyuqdan dondurur: Avropalıların gözü Azərbaycana çevrilib"Ümumiyyətlə, təkcə Rusiya Ukayna münasibətlərinə görəneftin qiyməti bagalaşmayıb. Çünki neft qlobal bazardır. Bu, nəyisə satmaq üçünbir dənə market deyil. Neftin qiymətinin yüksək olması bir sıra səbəblərdənqaynaqlanır. Burada geosiyasi amillər var. Bu, qazın qiymətində də özünü göstərir".
Azxeber.com-a danışan siyasi ekspert Anar Əliyev Rusiyanın buaddımından sonra Avropanın alternativ enerji ölkəsi kimi gördüyü Azərbaycanaolan marağı daha çox artacaq. Bu isə Azərbaycanın Avropada geosiyasi vəiqtisadi mövqeyinin bir qədər də möhkəmlənməsinə gətirib çıxaracaq:
Rusiya Avropanı soyuqdan dondurur: Avropalıların gözü Azərbaycana çevrilib"Ukrayna üzərindən ABŞ və onun NATO müttəfiqləri ilə Rusiyaarasında münasibətlər hər gün artan xətlə daha da gərginləşir. Hesab edirəm ki,Rusiyaya qarşı atılan kəskin addımlar, xüsusilə də Rusiyanın Ukraynada münaqişəyətəhrik edilməsi müharibənin başlaması üçün başlıca səbəblərdir. Amma Rusiya buproseslərdən hərbi əməliyyatlara başlamadan geri çəkilməyi bacaracaq. ÇünkiRusiya anlayır ki, hərbi əməliyyatlar ən son addımdır və bu addımın nəticələriUkraynadan çox özü üçün ağır olacaq. Hazırda Rusiya Avropanın təzyiqlərinə enerjirıçağı ilə cavab verir. Bu da enerji məhsullarının qiymətində artıma gətiribçıxardır. Bu proses iqtisadi tərəflə yanaşı, siyasi baxımdan Azərbaycanın mövqeyinidaha da gücləndirəcək. Cənubi və ŞərqiAvropa dövlətlərinin enerji təchizatında, xüsusilə, mavi qaz təchizatında Azərbaycanəhəmiyyətli rola sahibdir. Rusiyanın neft ixracını azaltması və yaxın gələcəkdəqaz ixracı məsələsinə də yenidən baxma məsələsinin gündəmdə olması AzərbaycanınAvropa üçün rolunu daha da artırmış olacaq. Hazırda Azərbaycan etibarlı, eynizamanda güclü bir tərəfdaş kimi beynəlxalqaləmdə kifayət qədər yüksək nüfuza sahibdir".
Aydın Nuri

İqtisadiyyat       Tarix: 29 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler az xeber.az şou biznes xəbərləri xeberler bugun 2026