Rusiya Avropaya qaz tədarükünü artırdı
Rusiyanın "Qazprom" şirkəti Avropaya orta gündəlik təbii qaz tədarükünü dekabrın 1-dən dekabrın 17-dək noyabr ayı ilə müqayisədə 3,5% artırıb.
KONKRET.az "Reuters"ə istinadən xəbər verir ki, Rusiya qazının Avropaya orta gündəlik ixracı bir ay ərzində 84,6 milyon kubmetrdən 87,6 milyon kubmetrə yüksəlib. Bu, Avropanın Enzog qaz nəqli qrupunun məlumatıdır.
Dekabrın 1-dən dekabrın 17-dək "Qazprom"un "Türk axını" ilə Avropa İttifaqına və Ukraynaya tədarükünün ümumi həcmi 1,49 milyard kubmetrə çatıb. Noyabr ayı ərzində ixrac 2,54 milyard kubmetr təşkil edib.
"Qazprom"un bu il Avropaya təbii qaz ixracı təxminən 27,2 milyard kubmetrə çatıb. Əgər tədarüklər ilin sonuna qədər bu cür davam edərsə, o zaman 2023-cü il üçün bu rəqəm yarıdan çox azala bilər.Xatırladaq ki, Rusiya qazının Avropaya ən çox axını 2018-2019-cu illərdə qeydə alınıb. Həmin vaxt bir il ərzində Rusiya Avropaya 175-180 milyard kubmet qaz satmışdı.
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR