Rusiya Azərbaycan vətəndaşları üçün bu qaydaları SADƏLƏŞDİRDİ
Rusiya hökuməti bir sıra ölkələrin vətəndaşları və şirkətləri üçün bu ölkədə biznes fəaliyyəti qura bilməyin prosedurunu sadələşdirir. Hökumətin siyahısına 25 ölkənin adı salınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin müavinləri ilə məsləhətləşmələr zamanı bildirib.
Mişustin vurğulayıb ki, bu qərar dost ölkələrin vətəndaşları və şirkətlərinin Rusiyada biznes fəaliyyətini asanlaşdıracaq.
"Xarici müəssisələr və sahibkarlar üçün daha rahat şəraitin yaradılması prezidentimizin qarşıya qoyduğu milli məqsədlərin həyata keçirilməsi çərçivəsində hökumətin maliyyə suverenliyinə nail olmaq üçün sistemli səylərinin mühüm tərkib hissəsidir", – Mişustin qeyd edib.
Sözügedən ölkələr siyahısına Azərbaycan, Ermənistan, Əlcəzair, Bəhreyn, Belarus, Braziliya, Misir, Hindistan, İndoneziya, Qazaxıstan, Qətər, Qırğızıstan, Çin, Küveyt, Malayziya, Monqolustan, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Tailand, Türkmənistan, Türkiyə və Özbəkistan daxil edilib.Modern.az
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ