Rusiya Azərbaycana TƏŞƏKKÜR ETDİ
Rusiya Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Fəaliyyət Departamentinin direktoru Dmitri Melnik Rusiyadan İrana humanitar yardımın Azərbaycan vasitəsilə operativ surətdə çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
KONKRET.az bildirir ki, "Report"un məlumatına görə, bunu Melnik azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib:
"Bu gün Rusiya Federasiyası Prezidentinin göstərişinə uyğun olaraq və fövqəladə hallar nazirinin göstərişi ilə İran xalqına təcili humanitar yardımın çatdırılmasının ikinci mərhələsi başa çatıb. Bu yardım 300 ton müxtəlif tibbi ləvazimatlardan ibarət olub. Ümumilikdə yükün çatdırılması təxminən dörd gün çəkib və bu, Rusiya və Azərbaycanın müxtəlif qurumlarının səyləri sayəsində mümkün olub. Bununla əlaqədar Rusiya nazirliklərinin və qurumlarının bütün işçilərinə, eləcə də bu humanitar yardımın tez bir zamanda çatdırılmasına kömək edən azərbaycanlı həmkarlarımıza təşəkkür etmək istəyirəm", – Melnik bildirib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK