Rusiya Azərbaycandan nə istəyir? - Deputatdan açıqlama

Rusiya Azərbaycandan nə istəyir? - Deputatdan açıqlama"Azərbaycana qarşı aparılan çirkli kampaniya təsadüfi emosional reaksiyaların və ya fərdi təşəbbüslərin nəticəsi deyil. Hadisələrin dinamikası, eyni tezislərin müxtəlif platformalarda paralel şəkildə tirajlanması göstərir ki, söhbət planlı və mərkəzdən idarə olunan informasiya təxribatından gedir. Bu Rusiyanın Azərbaycana qarşı genişləndirdiyi hibrid müharibənin yeni fazasıdır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. 
O bildirib ki, Azərbaycanın müstəqil siyasətini Rusiya həzm edə bilmir:
"Azərbaycanın son illərdə nümayiş etdirdiyi müstəqil və çoxvektorlu xarici siyasət kursu, regional güc balansında artan rolu və xüsusilə də ərazi bütövlüyünün tam bərpası Kremlin strateji planlarına uyğun gəlmir. Postmünaqişə dövründə ölkənin suveren davranışı, xarici siyasətdə balanslı, lakin prinsipial mövqe sərgiləməsi, Rusiya təsir mexanizmlərinin zəifləməsinə gətirib çıxarıb. Bu isə Moskvanın barışa bilmədiyi reallıqdır. Hazırkı informasiya terrorunun məqsədi isə emosional fon yaratmaqla rasional müzakirə mühitini dağıtmaq və cəmiyyəti aqressiv informasiya axınının təsiri altına salmaqdan ibarətdir. İnformasiya terrorunun əsas xüsusiyyəti də məhz budur-fakt yox, emosional təsir önə çəkilir, arqument əvəzinə manipulyativ narrativ tirajlanır".
Parlamentari vurğulayıb ki, sözügedən təxribatların məqsədi xarici auditoriyada Azərbaycan haqqında mənfi təsəvvür yaratmağa hesablanıb:
"Bu kampaniyanın əsas hədəfi sosial mediada süni şəkildə yaradılan neqativ fon vasitəsilə ictimai narazılıq görüntüsü formalaşdırmaqdan, beynəlxalq imicə zərbə vurmaqdan, xarici auditoriyada Azərbaycan rəhbərliyi haqqında mənfi təsəvvür yaratmağa hesablanıb. Eyni zamanda məqsəd psixoloji təzyiq mexanizmi qurmaqdan və  siyasi qərarların qəbulunda təsir rıçaqları formalaşdırmaqdan, cəmiyyət daxilində etimad böhranı yaratmaqdan, dövlət-vətəndaş münasibətlərinə qondarma iddialar əsasında şübhə toxumu səpməkdən ibarətdir. Bu, klassik dezinformasiya kampaniyasının bütün elementlərini özündə birləşdirir". 
Deputat bildirib ki, informasiya təhlükəsizliyinin gücləndirilməsi vacibdir:
"Müsbət məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi artıq bu hücumların texniki və analitik izlərini müəyyənləşdirib. Hibrid müharibəyə qarşı mübarizə yalnız texniki müdafiə tədbirləri ilə məhdudlaşmamalıdır. Burada informasiya təhlükəsizliyinin gücləndirilməsi və rəqəmsal savadlılığın artırılması, cəmiyyətin psixoloji dayanıqlığının möhkəmləndirilməsi, dövlətlə vətəndaş arasında şəffaf və operativ kommunikasiya mexanizmlərinin genişləndirilməsi əsas istiqamətləri təşkil edir. İnformasiya terrorunun təsiri yalnız o zaman güclü olur ki, cəmiyyət daxili şübhə və inamsızlıq mühitinə sürüklənsin. Əks halda, koordinasiyalı kampaniyalar qısa müddətli səs-küydən kənara çıxa bilmir".
E.Mirzəbəyli qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı çirkli informasiya kampaniyasının səbəbi aydındır: 
"Suveren və müstəqil siyasət yürüdən, regional gücə çevrilən, geosiyasi balansı dəyişən Azərbaycan modeli Kremlin maraqları ilə uzlaşmır. Hədəf isə ölkənin daxili sabitliyini zəiflətmək, siyasi rəhbərliyə ictimai etimadı sarsıtmaq və qərarvermə prosesinə dolayı təsir göstərməkdir. Lakin müasir Azərbaycan artıq klassik təsir mexanizmlərinin işlədiyi ölkə deyil. Dövlət institutları formalaşıb, cəmiyyət informasiya manipulyasiyalarına qarşı əvvəlki illərlə müqayisədə daha həssas və daha ayıqdır. Hibrid müharibənin bu mərhələsi göstərir ki, açıq hərbi təhdidlərdən daha təhlükəlisi görünməyən informasiya zərbələridir. Ancaq eyni zamanda bu, Azərbaycanın regional və beynəlxalq çəkisinin artmasının da dolayısı sübutudur. Çünki informasiya hücumu həmişə getdikcə daha da güclənən aktora qarşı yönəlir".
Şahanə Ziyad

Siyasi       Tarix: 21 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri