Rusiya Azərbaycanı "verir", İranı "alır" – Fərqli baxış
"Rusiya Donald Trampın brokerliyi ilə Azərbaycan və Ermənistan arasında formalaşa biləcək iqtisadi əməkdaşlıqları diqqətlə izləyəcək".
KONKRET.azxəbər verir ki, bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib.
O bildirib ki, bu əməkdaşlıq Kremlin Zəngəzur dəhlizi ilə bağlı geoiqtisadi maraqlarına uyğun bir strategiya çərçivəsində Rusiyanı cəlb edə bilər:
"Bakı gələcəkdə dəhlizin inkişafında müəyyən rol almaq imkanını Rusiyaya tanıya bilər. Trampla Putin arasında Alyaskada bu məsələlərin müzakirə edilməsi mümkündür.
Digər tərəfdən, Rusiya ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinə pozitiv və konstruktiv yanaşmasının əvəzində güzəşt istəyə bilər. Bu güzəştlərdən biri kimi, Moskva ABŞ-la İran arasında vasitəçilik rolunu öz üzərinə götürmək istəyini irəli sürər.
İsrail və İran arasında müharibə başlamazdan əvvəl Moskvanın vasitəçilik üçün təkidləri də bu kontekstdə qiymətləndirilməlidir. İran isə yenə özünü sıxılmış hiss edir və onun dəhlizdə iştirak imkanlarını nəzərdən keçirməkdən başqa yolu qalmır".

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var