"Rusiya bazasının Ermənistandan çıxarılması üçün zəmin hazırlanır" - Politoloqdan açıqlama

Rusiyalı politoloq, RUDN Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini Viktoriya Fedosova Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasət vektorunu rusiyayönlüdən qərbyönlüyə dəyişmək istəyinə münasibət bildirib.
KONKRET.az-ın məlumatına görə, Fedesova bildirib ki, Paşinyanın danışdığı diversifikasiya əslində artıq baş verir.
"Buna Fransa ilə müdafiə sahəsində təmasları nümunə çəkmək olar. Hava hücumundan müdafiə sistemlərinin, yəni NATO-ya inteqrasiya olunmuş hissələrin tədarükü üzrə müqavilələr, zaman keçdikcə KTMT əsasında qurulan sistemlə ziddiyyət təşkil edə bilər", – deyə rusiyalı politoloq bildirib.
O deyib ki, Rusiya bazasının Ermənistandan çıxarılması üçün zəmin hazırlanır, sadəcə olaraq, bu, qısa müddətdə yox, uzunmüddətli perspektivdə olacaq.
"Burada başqa amillər də rol oynayır. Paşinyan hökuməti üçün daxili siyasi amil olduğu kimi, Ukrayna hadisələri fonunda xarici siyasət amilini misal çəkmək olar. Ona görə də Paşinyanın iki vektoru var və o, hər an hərəkət edə bilər", – deyə Fedosova bildirib.
Politoloqun sözlərinə görə, Rusiya bu məsələyə isterik olmadan reaksiya verir.
"Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu, Qərb auditoriyası üçün çıxışdır. Paşinyan, əlbəttə ki, ölkəsi üçün müdafiə sahəsində əlverişli şərtləri müzakirə etməyə çalışır", – deyə Fedesova fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 29 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler qurban bayrami 2026 meherremlik 2026 ən son xəbərlər