Rusiya Çinin təklifi ilə razılaşmağa məcburdur - AÇIQLAMA
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə artıq bütün dünya üçün ciddi təhdidə çevrilib. Pandemiya dövründə ilkin işartıları sezilən qlobal ərzaq böhranı müharibənin fonunda getdikcə daha da dərinləşməkdədir. Bütün bunlar dünya dövlətlərini alternativ addım atmağa sövq və məcbur edir. İlk addım isə dünyanın texnologiya nəhəngi hesab edilən Çindən gəldi. Belə ki, Çinin XİN rəhbəri Van İ Almaniyanın xarici işlər naziri Annalena Berbokla danışıqlar zamanı bildirib ki, dünyada ərzaqla bağlı yaranmış mürəkkəb şəraiti nəzərə alaraq Ukrayna və Rusiyadan taxıl ixracı üçün "yaşıl dəhliz" yaratmaq lazımdır. Çin rəsmisi ölkəsinin bu məsələdə kömək etməyə və maraqlı tərəflərlə əlaqə yaratmağa hazır olduğunu deyib.
Maraqlıdır, Çinin "yaşıl dəhliz" təklifi reallaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, bu məsələdə Rusiyanın mövqeyi əsas götürüləcək:
"Rusiya Ukraynaya hücum etdikdən sonra taxıl qıtlığı dünyada qlobal problemə çevrilib. Müharibənin uzun müddət davam edəcəyi təqdirdə bu problem özünü daha qabarıq şəkildə göstərəcək. Hazırda əksər dünya dövlətləri problemin həlli istiqamətində müxtəlif təkliflər irəli sürür. Lakin belə bir məsələdə Rusiyanın mövqeyi əsas götürüləcək. Hesab edirəm ki, Çinin "yaşıl dəhliz" təklifi reallaşa bilər. Çünki bu dövlətin Rusiyaya təsir imkanları daha çoxdur. İki dövlət arasında münasibətlər xeyli inkişaf edib. Qərb dövlətlərindən fərqli olaraq Rusiya Çinin təkliflərinə diqqət yetirir. Hazırda Rusiyanın ABŞ və NATO ilə bağlı münasibətləri qarşıdurma halındadır. Bu dövlətlər Rusiyaya ağır sanksiyalar tətbiq edir. Bu mənada Kremlin Çinin sözügedən təklifinə müsbət yanaşması həm də məcburi xarakter daşıyır".
Politoloqun fikrincə, təklif reallaşarsa və belə bir dəhliz yaradılarsa taxılın qiyməti nəzarətdə saxlanıla bilər:
"Hazırda Ukrayna anbarlarında 22 milyon taxıl var. Bu taxıl dünya bazarına çıxarılarsa qlobal qıtlığın qarşısı xeyli dərəcədə alına bilər. Təklifin reallaşması təqdirdə dünya bazarlarında taxılın qiymətinin fantastik həddə qədər bahalaşmasının qarşısını alacaq. Əks halda bütün dünyada vəziyyət daha da gərginləşəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun