Rusiya doğum böhranına qarşı tədbirləri sərtləşdirir: ana olmaq istəməyən qadınlar psixoloqa göndəriləcək

Rusiya doğum böhranına qarşı tədbirləri sərtləşdirir: ana olmaq istəməyən qadınlar psixoloqa göndəriləcəkRusiyada doğum səviyyəsinin kəskin azalması fonunda hökumət yeni addımlar atır. Yeni qaydalara əsasən, həkimlər müayinəyə gələn qadınlardan uşaq sahibi olmaq istəklərini soruşacaq, ana olmaq istəməyənlər isə psixoloqa yönləndiriləcək.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı azxeber.com-a açıqlamasında bildirib ki, bu çox təqdirəlayiq addımdır:
"Artıq dünya ölkələrində bu sahədə vəziyyət son dərəcə kritik həddə çatıb və faciəvi istiqamətə doğru gedir. Bu isə qlobal miqyasda aparılan təbliğatların nəticəsi kimi qiymətləndirilir. Yeni həyat tərzi və formalaşdırılan yeni psixoloji yanaşmalar nəticəsində insanlar real həyatdan, bioloji və təbii prinsiplərdən uzaqlaşır, bir növ "zombi" həyat tərzinə yönəlirlər. Artıq bəzi qadınlar ana olmaq istəmədiklərini bildirirlər. Valideyn olmaq insanın əsas funksiyalarından biri kimi qəbul edilir və bu prinsipin zəifləməsi cəmiyyətin gələcəyi üçün risk yaradır. Ailə qurmaq və övlad sahibi olmaq cəmiyyətin inkişafının əsas sütunlarından biridir. Bu istiqamətdə meyllərin azalması ciddi sosial və demoqrafik problemlərə səbəb olur".
Sosioloq qeyd edib ki, Azərbaycanda da oxşar addımların atılmasına ehtiyac var:
"Bir sıra ölkələr artıq bu tendensiyanın təhlükəli olduğunu anlayaraq müxtəlif tədbirlər həyata keçirməyə başlayıblar. Bu baxımdan Azərbaycanda da oxşar addımların atılmasına ehtiyac var. Son dövrlər gənclər arasında ailə qurmağa marağın azalması, fərdi həyat tərzinə üstünlük verilməsi müşahidə olunur ki, bu da uzunmüddətli perspektivdə demoqrafik balansın pozulmasına gətirib çıxara bilər. Bu məsələ təkcə sosial deyil, həm də strateji və milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir. Buna görə də dövlət tərəfindən həm ideoloji, həm də sosial dəstək tədbirlərinin gücləndirilməsi vacib hesab olunur".
Ekspert vurğulayıb ki, antimilli dəyərlərin təbliği dayandırılmalıdır:
"İlk növbədə, milli-mənəvi və ailə dəyərlərinin əleyhinə aparılan təbliğatlar dayandırılmalı, bu dəyərlərə zidd olan təsirlərin qarşısı alınmalıdır. Şərq ölkələrində, müsəlman və türk cəmiyyətlərində ailə dəyərlərinin zəiflədilməsi, milli-mənəvi dəyərlərin aşındırılması və doğum artımının azalmasına səbəb olan tendensiyaların təşviq edilməsidir. Qlobal və Qərb fondları tərəfindən bəzi hallarda bu istiqamətdə müxtəlif layihələrə, o cümlədən filmlər, seriallar və media məhsullarına böyük maliyyə vəsaitləri ayrılır. Bu layihələr vasitəsilə müəyyən həyat tərzləri və dəyərlər sistemləri təbliğ olunur. Gənclərin ailə qurmasını təşviq etmək üçün sosial dəstək mexanizmləri genişləndirilməlidir. Güzəştli mənzil imkanları, məşğulluq proqramları və uşaqpulu kimi təşviqedici tədbirlər bu istiqamətdə mühüm rol oynaya bilər".
Sosioloq bildirib ki, insanlar tez evlənməlidir:
"İnsanlar tez evlənməlidir. Erkən evlilik adı altında gec ailə qurmaq təbliğ olunmamalıdır. Valideynlər 20 yaşlarda uşaqlarını mütləq evləndirməlidir. Çoxuşaqlı ailə anlayışına yenidən baxılması təklif olunur. Hazırda bu meyar yüksək səviyyədə müəyyən edildiyindən, daha aşağı-məsələn, üç uşaqlı ailələrin də bu kateqoriyaya daxil edilməsi və onların sosial dəstəklə təmin olunması məqsədəuyğun hesab edilə bilər. 1-2 uşaqlı ailələr millətin məhvi deməkdir. Millətin yenilənməsi, inkişafı üçün minimum uşaq sayı 3 olmalıdır".
Şahanə Ziyad

Siyasi       Tarix: 23 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu