Rusiya Dövlət Duması Paşinyana "barmaq silkələdi"

Rusiya Dövlət Duması Paşinyana Rusiya Dövlət Duması Ermənistanda dövlət çevrilşi ittihamları ilə üzləşən iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasının "Yeni adamlar" fraksiyası hesab edir ki, Karapetyana qarşı açılan cinayət işi açıq şəkildə siyasi motivlidir.
Dövlət Dumasının sədr müavini və "Yeni adamlar" fraksiyasının lideri Vladislav Davankov bildirib ki, Samvel Karapetyanın işi ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. "Biz görürük ki, bu işdə siyasi motivlər var. Karapetyan faktiki olaraq təzyiqlərə məruz qalır və biz istintaqın tez, şəffaf və ədalətli aparılmasını tələb edirik", – deyə Davankov vurğulayıb. Onun sözlərinə görə, deputatlar Karapetyanın işinə obyektiv və qərəzsiz baxılmasının tərəfdarıdırlar.
Parlament üzvləri, həmçinin yaxın vaxtlarda Rusiyaya səfər etməsi gözlənilən Ermənistan parlamentinin sədri ilə keçiriləcək görüşdə Samvel Karapetyanın məsələsini müzakirə etməyi planlaşdırırlar.
Karapetyan 2025-ci ildə həbs edilib. Ona qarşı irəli sürülən əsas ittiham hakimiyyəti devirməyə çağırışlar səsləndirməkdir.İstintaq orqanlarının iddiasına görə, Karapetyan açıq çıxışlarında Ermənistanın hazırkı rəhbərliyinə qarşı sərt mövqe tutub və siyasi sabitliyi pozmağa yönələn bəyanatlar verib. Həbsindən sonra Ermənistan hakimiyyəti Karapetyanın əsas aktivlərindən biri olan Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi prosesinə başlayıb. Rəsmi İrəvan şirkətin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edildiyini bildirir. Hazırda ev dustaqlığına buraxılmış Karapetyan isə ittihamları qəbul etmir və işin siyasi sifariş əsasında açıldığını bəyan edir.
Rusiya Dövlət Dumasının Samvel Karapetyan məsələsini gündəmə gətirməsi Moskvanın Ermənistanın daxili siyasətinə təsir göstərmək cəhdidir. Bu addım bir neçə əsas məqsədə xidmət edir.
Birincisi, Karapetyan işinin "siyasi təqib" kimi təqdim olunması Paşinyan hakimiyyətinə siyasi təzyiq vasitəsidir və Ermənistan rəhbərliyinin legitimliyini Rusiya informasiya məkanında sual altına alır. İkincisi, Moskva Rusiyaya bağlı iqtisadi elitanı qorumağa çalışır. Karapetyanın həbsi və aktivlərinin milliləşdirilməsi rusiyapərəst biznes dairələri üçün təhlükəli presedent yaradır. Üçüncüsü, Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi Rusiyaya həm iqtisadi, həm də siyasi təsir rıçaqlarının itirilməsi kimi görünür və bu addıma qarşı açıq xəbərdarlıq xarakteri daşıyır. Nəhayət, Rusiya Erməni Apostol Kilsəsi üzərindən cəmiyyətdəki təsir imkanlarını saxlamağa çalışır və kilsəyə yaxın fiqurların sıxışdırılmasına qarşı çıxır.
Moskva bu məsələ ilə Ermənistanın Qərbyönlü kursuna açıq mesaj verir: Rusiya orbitindən uzaqlaşma daxili siyasi və iqtisadi təzyiqlərlə müşayiət oluna bilər. Beləliklə, Karapetyan işi hüquqi çərçivəni aşaraq Rusiya–Ermənistan münasibətlərində geosiyasi təzyiq alətinə çevrilib.

Siyasi       Tarix: 26 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber