"Rusiya Ermənistana qarşı təmkinli olmalı, "qıçolma" və qısqanclığa son qoymalıdır" - Rəsmi İrəvan
"Rusiya etiraf etməlidir ki, Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilmir".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
O bildirib ki, Rusiya daha təmkinli olmalı və Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilməyəcəyini etiraf etməlidir,
"Əlbəttə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Rusiya Federasiyasının rolu var, çünki orada Rusiya sülhməramlıları yerləşdirilib. Eyni zamanda, hər hansı digər tərəf müsbət bir şey etməyə cəhd edəndə Moskvadan gələn "qıcolmalar" və reaksiyaları bir qədər lazımsız hesab edirəm.
Düşünürəm ki, onlar bu qədər emosional olmamalı, daha təmkinli olmalıdırlar. Başa düşməlidirlər ki, Ermənistanın öz maraqları və təhlükəsizlik problemləri var, geosiyasi dalğalanmalara, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq, təmin edilməlidir.
Rusiyanın 102-ci hərbi bazası Ermənistanda yerləşir və bütün razılaşmalar bu məsələnin həllinə yönəlib. Niyə hərəkət etmirsiniz? Əgər bacarmırsınızsa, o zaman bunu açıq elan etməlisiniz", – deyə Simonyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir