Rusiya HƏRƏKƏTƏ KEÇDİ: 200 min əsgər, 80 qırıcı, yüzlərlə tank

Rusiya HƏRƏKƏTƏ KEÇDİ: 200 min əsgər, 80 qırıcı, yüzlərlə tankRusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri Qırğızıstanın İssık-Kul gölü ətrafında pilotsuz uçuş aparatlarının (PUA) da istifadə edildiyi güc nümayişinə başlayıblar.
Publika.az xəbər verir ki, Rusiya mətbuatı Qazaxıstan və Tacikistanın da daxil olduğu təlimdə Rusiyanın Su-30 və Su-25 döyüş təyyarələrinin havaya qalxdığını yazır. Mi-8 vertolyotları da uçuşa qoşulub.
Hava hücumundan müdafiə sistemləri Türkiyə istehsalı "Bayraktar TB2" tərəfindən məğlub edildikdən sonra PUA istehsalına daha çox diqqət yetirən Rusiya ordusu "Orlan-10" adlı layihəni təlimlərdə sınaqdan keçirib.
Moskva xüsusilə Əfqanıstanla sərhəddə hərbi varlığını artırır. Əfqanıstanla həmsərhəd olan Özbəkistan və Tacikistanda ardıcıl təlimlər keçirilib. Rusiya ordusu Tacikistandakı bazasına pulemyotlar toplayıb və təlimlər keçib. Moskva Əfqanıstanda hakimiyyəti ələ keçirən "Talibanı" hələ də terror təşkilatı kimi qəbul edir.
Rusiya HƏRƏKƏTƏ KEÇDİ: 200 min əsgər, 80 qırıcı, yüzlərlə tankDünyanın ən böyük ölkəsinin qərbində isə ABŞ və NATO-nu narahat edən böyük bir hərbi fəaliyyət var: "Qərb-2021" hərbi təlimi rəsmən başlayıb. İki ölkənin Baş Qərargah rəisləri Rusiya və onun Avropadakı yeganə müttəfiqi Belarus ordusunun Baltik dənizini də əhatə edən güc nümayişini izləyirlər.
Rusiya Müdafiə Nazirliyi təlimlərə 200 min əsgər, 80 döyüş təyyarəsi və vertolyot, 15 gəmi və təxminən 300 tankla qatıldığını açıqlayıb. Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustan da "Qərb-2021"ə daxildir.
Rusiya HƏRƏKƏTƏ KEÇDİ: 200 min əsgər, 80 qırıcı, yüzlərlə tankTəlimdə raketlərdən də istifadə olunur. Rusiya ordusu televiziyası "Zvezda" döyüş gəmiləri ilə yanaşı, Rusiya və Belarus qırıcılarının havaya qalxma görüntülərini yayımlayıb.
Rusiya və Belarusda 14 fərqli təlim bölgəsində həyata keçirilən təlimin ən əhəmiyyətli xüsusiyyəti Avropa sərhədinə çox yaxın olmasıdır: Belarusun Brest şəhəri və Avropanın mərkəzindəki Rusiya diyarı Kalininqrad.
Rusiya HƏRƏKƏTƏ KEÇDİ: 200 min əsgər, 80 qırıcı, yüzlərlə tank"Röyters" xəbər agentliyi xəbəri "Rusiya və Belarusun nəhəng müharibə oyunu rəsmi olaraq başladı, NATO narahatdır" başlığı ilə dərc edib. Təlimin təhlükəsizliyi üçün Rusiya Belarusa azı üç Su-30 qırıcısı göndərib.
NATO 2017-ci ildə sonuncu dəfə oxşar təlim keçirən Rusiya və Belarusun açıqladığı qoşun sayını inandırıcı hesab etməyib. Beynəlxalq qaydalara görə, 13 min əsgəri keçən təlimlərə nəzarət edilməlidir. NATO xəbərdarlıq edir ki, bu ilin əvvəlində çox sayda rus qoşunlarının Ukrayna sərhədlərinə yerləşdirilməsindən sonra keçirilən təlim böhranla nəticələnə biləcək qəza və ya səhv hesablama riskini artırır.
Akqabay

Dünya       Tarix: 10 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber son xeberler azerbaycan cəbhədən son məlumatlar bu gunun xeberleri haqqinda melumat