Rusiya Hindistana nefti endirimlə satacaq
Rusiya Hindistana "Urals" markalı neftin bir barrelini 35 dollara qədər endirimlə satmağa qərar verib.
KONKRET.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, digər alıcıların marağının azalması ilə bağlıdır.
Nəşr bildirir ki, bu yolla Rusiya Hindistanı yanacaq alışını artırmağa razı salmaq istəyir. Eyni zamanda, Hindistan Avropa ölkələri və ABŞ-ın təzyiqlərinə baxmayaraq, Asiyada Rusiya neftini almaqda ən çox maraqlı olan ikinci neft idxalçısıdır.
Agentlik Hindistanın hazırda 15 milyon barel neft almaq üçün danışıqlar apardığını öyrənib.
Martın 24-də Hindistanın dövlət neft emalı zavodu "Indian Oil Corporation" (IOC) Rusiyadan üç milyon barel "Urals" nefti alıb.
Bundan əvvəl "Business Standard" nəşri Hindistanın təxminən 15 milyon barel Rusiya neftini idxal etməkdə maraqlı olduğunu bildirmişdi. Nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir. Oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi