"Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar"
"NATO Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır".
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, NATO ölkələrinin artan hərbi xərcləri və genişmiqyaslı təlimləri bu hazırlığın göstəricisidir.
Bildirib ki, 2025-ci il üzrə ümumi hərbi xərcləri 1,64 trilyon dollar təşkil edir və bu, dünya hərbi xərclərinin böyük hissəsini əhatə edir.
O, həmçinin, NATO-nun keçirdiyi hərbi təlimlərin sayının artdığını qeyd edib.
Zaxarova əlavə edib ki, NATO hesabatlarında Rusiyanın əsas təhlükə kimi təqdim olunması "əsassız"dır.
Digər tərəfdən, o, Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa atəşkəsi ilə bağlı açıqlamalarını tənqid edib. Zaxarovanın fikrincə, bu çağırış Ukrayna ordusunun yenidən qruplaşdırılması və döyüşlərin davamına hazırlıq məqsədi daşıyır.
Rusiya XİN sözçüsü bildirib ki, əgər Zelenski həqiqətən münaqişənin bitməsini istəsəydi, müəyyən siyasi addımlar atardı.qafqazinfo.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK