"Rusiya iqtisadi sanksiyalar qarşısında nə qədər duruş gətirə bilər?"- "The Washington Post"dan TƏHLİL

Bütün dünya, xüsusilə də, Qərbin Rusiyaya qarşı "maliyyə müharibəsi" aparması bu gün əsas müzakirə mövzularından biridir. Bu addımın əhəmiyyəti ondan ibarətdir ki, bu cəza tədbiri Rusiya Mərkəzi Bankının fəaliyyətini iflic etsin, ölkə iqtisadiyyatı çöksün.
Hazırda Rusiyanın valyuta ehtiyatları 630 milyard dollar təşkil edir ki, bu da 2021-ci ildə Rusiyanın ÜDM-nin 38%-nə bərabərdir (sanksiyalar həm də hökumət fondlarını hədəfə ala bilər). Bayden administrasiyasının rəsmiləri sanksiyaların təsirini azaltmaq üçün Mərkəzi Bankın bu ehtiyatlardan istifadə etməsinin qarşısını almaq üçün Avropa ilə işləyəcəklərini deyirlər. Rusiya özünün mühasirə strategiyasının bir hissəsi olaraq valyuta ehtiyatlarının tərkibini dəyişərək, dollardan uzaqlaşmaq istəyir. 2021-ci ilin iyun ayına olan məlumata görə, Rusiya ehtiyatlarının yalnız 16%-ni dollarda, 32%-ni avroda, 22%-ni qızılda və 13%-ni yuanda saxlayır. Amma çox güman ki, qiymətli kağızlar, bank depozitləri və digər alətlər şəklində olan holdinqlərin əksəriyyəti, hansı valyutada ifadə olunmasından asılı olmayaraq, həmin maliyyə institutlarında və Qərbin sanksiyalarını tətbiq edəcək yurisdiksiyalarda hesablarda saxlanılır.
Bu, o deməkdir ki, Rusiyanın bir hissəsi, hətta bütün fövqəladə ehtiyatı dondurula bilər.
Mərkəzi Bank yeni tədbirlərə cavab olaraq fevralın 27-də bildirib ki, maliyyə sabitliyini qorumaq üçün bütün lazımi resurs və alətlərə malikdir. Amma nəticələri çox ağır olacaq. Əgər Mərkəzi Bank dərhal ehtiyatlara çıxış əldə etməsə, son bir neçə gündə olduğu kimi ucuzlaşan rublu dəstəkləmək üçün valyuta bazarına müdaxilə etmək çətinləşəcək.
Mərkəzi Bank sanksiyalar tətbiq olunan banklara xarici valyutada likvidlik təklif edə bilməyəcək. Bu baxımdan, onların qarşı tərəflər qarşısında xarici valyutada olan öhdəliklərini yerinə yetirə bilməyəcəkləri ehtimalı artır. Mərkəzi bank bu cür banklar üçün vasitəçi kimi çıxış edə, onların adından ödənişlər həyata keçirə və ya ala bilməyəcək ki, bu da nəzəri cəhətdən sanksiyalardan yayınmağın yollarından biridir.
Bütün bunlar Rusiya maliyyə sistemində çaxnaşmanın artdığını göstərir. Rublun məzənnəsi illik müqayisədə 10%, fond bazarı 35%, ən böyük bankların səhmlərinin qiyməti isə 50%-dən çox ucuzlaşıb. Fevralın 25-nə olan məlumata görə, Rusiya hökumətinin defoltundan sığortanın dəyəri Türkiyədəki ilə eyni olub. İndi təzyiq mütləq artacaq. Sadə rusiyalılar bank sisteminə inamını itirə bilər, baxmayaraq ki, vəsaitlərin çıxarılması rublla aparılacağından Mərkəzi Bank banklara rubl kreditləri təklif etməklə itkiləri kompensasiya edə biləcək. Neft gəlirləri sayəsində Rusiya hazırda müsbət cari balansa malikdir. Yəni xarici ticarətdən daha çox qazanır. Amma çaxnaşma və kapital qaçışı olarsa, ehtiyatlarına çıxış imkanından məhrum olan Rusiya valyutasının çökməsinin qarşısını almaq üçün sərt kapital nəzarəti tətbiq etmək məcburiyyətində qalacaq. O, həmçinin maliyyə bazarlarını müvəqqəti bağlaya bilər (səhmlərin qısa müddətli satışı artıq qadağandır). Bu isə Rusiya iqtisadiyyatı üçün heç də yaxşı şey vəd etmir.
"The Washington Post" 28 fevral 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az.

Sosial       Tarix: 01 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az