Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq.
KONKRET.aztrend-ə istinadən xəbər verir ki, bunu Bakıda İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyası (ICMP) ilə əməkdaşlıq çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Komissiyasının katibi Şərafət Həsənov bildirib.
Onun sözlərinə görə, elektron məlumat bazasına malik xüsusi sistem ICMP tərəfindən hazırlanıb.
"Təqdim olunan məlumatlardan yalnız humanitar məqsədlərlə istifadə ediləcək və məlumat verən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Məqsəd itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına töhfə verməkdir", – deyə o qeyd edib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK