Rusiya iqtisadiyyatının taleyi müharibənin necə sonlanacağından asılıdır - AÇIQLAMA

Rusiya iqtisadiyyatının taleyi müharibənin necə sonlanacağından asılıdır - AÇIQLAMAİki aydan çoxdur Ukraynaya təcavüz edən Rusiya apardığı müharibənin ağır nəticələri ilə üz-üzədir. Ölkənin maliyyə ehtiyatları sürətlə azalmağa başlayıb. Belə ki, Rusiya Bankının məlumatına görə, aprelin 22-nə beynəlxalq ehtiyatlar 607,1 milyard dollar təşkil edirdi ki, bu da bir həftə ərzində 14 milyard dollar və ya 2,3% azaldığının göstəricisidir. Bildirilir ki, keçən həftə isə ehtiyatlarda 4 milyard dollar azalma müşahidə olunub.
Bəs görəsən, bu azalmanın Rusiya iqtisadiyyatına hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı-ekspert Rəşad Həsənov cavablandırıb.
"Rusiya ciddi sanksiyalar altındadır. Əksər məhsulların  ixracına məhdudiyyət qoyulub. Belə bir şəraitdə ölkəyə yalnız neft və qaz ixracından valyuta daxil olur. Rusiya indi müharibə aparan bir dövlətdir və onun maliyyə ehtiyatları davamlı olaraq azalacaq. Beynəlxalq ehtiyatların azalması müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırır. Müharibə Rusiyanın kredit reytinqlərini aşağı salır. Sanksiyalar fonunda kredit agentlikləri Rusiyanın kredit reytinqlərinə dəyişiklik edib. Bu isə Rusiyanın etibarsız tərəfdaşa çevrilməsi prosesini daha da sürətləndirir. Ərzaq təhülkəsizliyi ilə bağlı ölkənin müqavimət gücü azalır. Bütövlükdə götürəndə bütün bunlar Rusiya iqtisadiyyatının nəbzidir. Putin nə qədər problemlərin olmadığını və çətinlikləri həll edə biləcəklərini söyləsə də beynəlxalq ehtiyatların azalması ümumi mənzərəni ortaya qoyur. Rusiya iqtisadiyyatı artıq resessiyaya başlayıb. Yaxın bir ildə Rusiya iqtisadiyyatı hətta staqnasiya ilə üzləşə bilər".
Rusiya iqtisadiyyatının taleyi müharibənin necə sonlanacağından asılıdır - AÇIQLAMAİqtisadçı bildirib ki, bütün bunların fonunda Kremlin öz destruktiv iddialarından əl çəkmə ehtimalı yüksəkdir:
"Lakin hər şey, yəni Rusiya iqtisadiyyatının taleyi müharibənin necə sonlanacağından asılıdır. Əgər Putin  imperialist iddialarından imtina edərək öz qonşularının, o cümlədən Ukraynanın ərazi bütövlüyünə  hörmət edərsə, sanksiyalar ləğv olunacaq. Lakin bu olmayana qədər sanksiyalar dayanmayacaq. Çünki dünya bu prosesdə itirdiyini artıq çoxdan itirib. 2014-cü ildə Krımın ilhaqı ilə müqayisədə indi Rusiyaya qarşı daha sərt mövqe ortaya qoyulub. Əgər Kreml bu davranışlarından əl çəkərsə, sanksiyalar ləğv olunacaq və idxal-ixrac əməliyyatları bərpa olunacaq. Nəticədə Rusiya iqtisadiyyatı yenidən dirçələcək və böyüyəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 07 may 2022
f Paylaş

Oxşar xəbərlər

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Benzin qiyməti kəskin ucuzlaşdı

Türkiyədə benzinin bir litrinin satış qiymətində 5,90 lirəlik ucuzlaşma olub. yenisabah-a istinadən xəbər verir ki, ölkə daxilində qəbul edilən yeni qiymət tənzimlənməsindən sonra endirim gecə yarısından etibarən Türkiyədək

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevi

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər ensonxeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri