Rusiya Kuba və Venesuelada hərbi baza yaradır? - Medvedevdən AÇIQLAMA

Rusiya Kuba və Venesuelada hərbi baza yaradır? - Medvedevdən AÇIQLAMA"Rusiya Kuba və Venesuelada Sovet dövründə olduğu kimi öz hərbi bazalarını yarada bilməz, çünki bu ölkələr təcriddən çıxmaq və ABŞ-la normal münasibətləri bərpa etmək istəyirlər".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mətbuata müsahibəsində bildirib.
"Kuba, Venesuela bizə yaxın ölkələrdir, bizim tərəfdaşlarımızdır, müstəqil xarici siyasət yürüdən ölkələrdir. Amma bunlar tamamilə suveren ölkələrdir. Biz onların ərazisində heç nə yerləşdirə bilmərik, çünki bu, onların geosiyasi mövqeyinə, öz milli maraqlarına uyğun olmalıdır", – Medvedev bildirib.
"Kuba və Venesuela da izolyasiyadan çıxmağa, müəyyən dərəcədə Amerika Birləşmiş Ştatları ilə normal münasibətləri bərpa etməyə çalışır, ona görə də nəsə qurmaqdan və ya bir növ baza yaratmaqdan söhbət gedə bilməz. Sovet dövründə vəziyyət fərqli idi, bir sıra ölkələrlə vahid ideologiyaya əsaslanan vahid hərbi infrastruktura malik idik", – Medvedev əlavə edib.
Rusiya Kuba və Venesuelada hərbi baza yaradır? - Medvedevdən AÇIQLAMAMedvedev qeyd edib ki, bazaların yerləşdirilməsi haqqında danışmaq düzgün deyil, çünki bu, dünyada gərginliyə səbəb olur. "Bizim bəzi dövlətlərlə qoşunlarımızın orada olması ilə bağlı müəyyən razılaşmalarımız var – Suriya və bəzi başqa ölkələrdən söhbət gedir. Amma "burada baza istəyirik və ya bu barədə razılaşdıq" demək tamamilə yanlışdır. Çünki bu dünyada gərginliyə səbəb olur", – Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Siyasi       Tarix: 27 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun cəbhədən son məlumat cəbhədən görüntüleri ən son xeberler