Rusiya mediasına Ermənistan seçkiləri ilə bağlı ŞOK təlimat
Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra Rusiya kütləvi informasiya vasitələrinin (KİV) hadisəni işıqlandırma forması diqqət çəkib. Məlum olub ki, Kremlin təbliğat maşını seçki nəticələrini təqdim etmək üçün xüsusi göstəriş alıb.
KONKRET.azxəbər verir ki, Rusiyanın müstəqil "Meduza" nəşri Rusiya Prezident Administrasiyasının (Kremlin) yerli mediaya payladığı gizli tezisləri və təlimatları (metodika) əldə edib.
Sözügedən sənədə əsasən, Rusiya mətbuatına və dövlət teleradio şirkətlərinə Ermənistandakı seçkilərlə bağlı iki əsas xətti qabartmaq əmr olunub:
Birincisi: Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyasının 50%-dən az səs topladığı faktını xüsusi vurğulamaq və bu nəticəni birbaşa "Paşinyanın məğlubiyyəti" kimi adlandırmaq tələb edilib.
İkincisi: Seçki prosesi zamanı qeydə alınmış, yaxud iddia olunan qanun pozuntuları, saxtakarlıqlar və neqativ hallar barədə mümkün qədər çox və geniş materiallar hazırlamaq tapşırılıb.
"Meduza" qeyd edir ki, Rusiyanın federal telekanallarının süjetləri, eləcə də hakimiyyətə sadiq və loyallığı ilə seçilən mətbuat orqanlarının son nəşrləri bu gizli təlimatların artıq tam gücü ilə icra olunduğunu nümayiş etdirir. Rəsmi Moskva bu yolla Paşinyan hakimiyyətinin legitimliyini şübhə altına almağa və Ermənistan cəmiyyətindəki siyasi parçalanmanı dərinləşdirməyə çalışır.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK