Rusiya növbəti təyyarələrini İrəvana göndərdi
Rusiya növbəti təyyarələrini İrəvana göndərdi
Rusiya hərbi nəqliyyat aviasiyasının iki An-124 "Ruslan" təyyarəsi zirehli maşınları və sülhməramlı briqada bölmələrinin personalını İrəvan hava limanına çatdırıb.
"RİA Novosti" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
"Təyyarələr 10 ədəd BTR-82A tipli zirehli transportyor, maddi-texniki təminat vasitələri, həmçinin, sülhməramlı birləşmənin bölmələrinin 30-a yaxın hərbi qulluqçusu gətiriblər", - deyə qeyd olunur.
Texnikaların boşaldılmasından, yoxlanılmasından və hazırlanmasından sonra bölmələrin Gorus şəhərindəki konsentrasiya ərazisinə üç yüz kilometrlik yürüş edəcəyi qeyd olunur.
Daha əvvəl Qarabağa 170 sülhməramlı ilə 20 təyyarənin göndərildiyi bildirilmişdi.
Ümumilikdə qrupa 1 960 atıcı silahlı hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 avtomobil və digər texnika daxil olacaq. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."