Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK

Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOKSon həftələrdə Rusiyanın Cənubi Qafqazda hərbi-strateji aktivliyində narahatedici dəyişikliklər müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Caliber.Az redaksiyasının əldə etdiyi məlumatlarda qeyd olunur. Məlumata görə, Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında aktivlik artıb. Bu artım nə şəxsi heyətin rotasiyası, nə də adi planlı tədbirlərlə bağlıdır. Əksinə, hərbi resurslardan daxili siyasi proseslərə müdaxilə vasitəsi kimi istifadə edilməsinə dair ciddi şübhələr var.

İyul və iyun aylarında Rusiya Azərbaycandan hava məkanından istifadə edərək Ermənistana hərbi yük daşınmasına icazə istəyib. Bakı isə bu tələbi qəti şəkildə rədd edib. Azərbaycan tərəfinin bu qərarı milli maraqları və mümkün təhlükələri nəzərə alaraq qəbul olunub.
Göndərilməsi nəzərdə tutulan silahların tərkibi də diqqətçəkicidir: şəhər döyüşlərinə və yaxın məsafəli qarşıdurmalara hesablanmış silahlar bu prosesin sadəcə Ermənistan-Azərbaycan sərhədində deyil, Ermənistanın daxilində də hərbi toqquşmalara hazırlıq olduğunu göstərir.
Caliber.Az yazır ki, Rusiya Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirmək və onu Moskva yönümlü "köhnə qvardiya" ilə əvəzləmək planı üzərində işləyir. Bu kontekstdə Robert Koçaryan, Serj Sərkisyan və Samvel Karapetyanın adları önə çıxır. Moskvanın məqsədi Ermənistanda süni xaos yaradaraq, bu şəxsləri "xilaskar" obrazında hakimiyyətə gətirmək və bölgədə nüfuzunu bərpa etməkdir.

Əgər bu ssenari həyata keçərsə, növbəti mərhələ kimi Ermənistanın xarici kursunun dəyişdirilməsi və Azərbaycana qarşı gərginliyin artırılması gözlənilir. Məhz bu səbəbdən Rusiyanın Ermənistana ağır silah göndərmək cəhdləri xüsusi narahatlıq doğurur.
Bu proses regionda təhlükəli sabitsizlik mərhələsinə keçidi, Ermənistanın siyasi azadlığının itirilməsi və Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranması ilə nəticələnə bilər. Azərbaycan isə bu oyunun passiv iştirakçısı olmayacaq – regionda sabitliyin pozulmasına yol verilməyəcək.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 01 avqust 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda