"Rusiya Paşinyanı hədələməsəydi, o, Sankt-Peterburqa getməyəcəkdi" - Erməni ekspert
"Bəzi Rusiya rəsmiləri Paşinyanı ağır nəticələrlə hədələməsəydilər, o, Sankt-Peterburqa getməyəcəkdi".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Qaqik Qəmbəryan deyib.
O, əmindir ki, KTMT-nin baş katibi və Rusiya rəsmiləri İrəvana gəlməsəydilər, bu, baş verməyəcəkdi.
Qəmbəryan Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) siyasi məsələləri gündəmə gətirmək hüququna malik olmaması ilə bağlı bəyanatını qəbuledilməz adlandırıb.
"Belə bir fikir dünyanın heç bir yerində, o cümlədən Qərbdə belə yoxdur. Aydındır ki, Aİİ və KTMT Rusiyanın yaratdığı iqtisadi və hərbi-siyasi təşkilatlardır", – deyə o qeyd edib.
Ekspert hesab edir ki, Ermənistan "iki stulda" oturmaq cəhdindən əl çəkməlidir.
"Rusiya düşünürdü ki, Nikol Paşinyanın 2020-ci il müharibəsindən sonra hakimiyyətini xilas etdiyi üçün o, Moskvaya minnətdar olacaq. Lakin, əskinə Paşinyanın siyasəti 102-ci Rusiya bazasının Ermənistandan çıxarılmasına gətirib çıxarır. Rusiya yaxşı tərəfdaş olmasa da, dəhşətli düşmən ola bilər", – deyə erməni politoloq qeyd edib.
Günel Mikayılova,
KONKRET.az

Neft həftəni bu qiymətlə başladı
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Zaur Kamalın səhhətində problem yarandı
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib
Xaçmazdan Bakıya gələn avtobusda yanğın baş verdi