Rusiya Patriarx Kirilə qarşı Kanada sanksiyalarını "xuliqanlıq" adlandırdı

Rusiya Patriarx Kirilə qarşı Kanada sanksiyalarını "Kanadanın növbəti anti-Rusiya sanksiyaları, o cümlədən Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı məhdudiyyətlər xuliqanlıqdır, ona cavab veriləcək".
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiyanın Ottavadakı diplomatik nümayəndəliyinin bəyanatında deyilir.
"Baş nazir Castin Trüdo rejiminin yeni anti-Rusiya hücumu rəsmi Ottavanın acizliyini bir daha təsdiqləyir. Kanada hakimiyyəti media nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməklə bütün dünyaya nümayiş etdirir ki, Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı həqiqəti eşitməkdən qorxur. Bu cür açıq senzura və söz azadlığının məhdudlaşdırılması Kanada kvazi-demokratiyasının totalitar mahiyyətini bir daha vurğulayır", – səfirlik qeyd edib.
Diplomatik missiya Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin sanksiyalar siyahısına daxil edilməsini "görünməmiş hal" adlandırıb:
"Bu, bütün dünyada yüz milyonlarla izləyicisi olan Rus Pravoslav Kilsəsinə qarşı küfrdür. Bundan sonra Kanadanın bütün inancların hüquqlarına hörmət edilən ölkə sayılmağa mənəvi haqqı yoxdur".
"Rusiyanın bu cür kobudluğa cavabı adekvat olacaq və çox çəkməyəcək",- deyə bəyanatda vurğulanır.
Cümə günü Kanada Rusiya Federasiyasından 29 fiziki və 15 hüquqi şəxsi, o cümlədən Patriarx Kirill, TASS-ın baş direktoru Sergey Mixaylov və digər rusiyalı jurnalistlər, TASS agentliyi, Birinci Kanal, RT, Sputnik, Vesti.ru, NTV, Regnum xəbər agentliyi, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti, Qazprom-Media, Rossiya-1 və Rossiya-24 telekanalları və "Milli Media Qrupu" media holdinqi, "Rossotrudniçestvo" və "Roskomnadzor"u siyahıya əlavə edib.
Roman Göytürk,
KONKRET.az

Siyasi       Tarix: 09 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun xabar az son xeberler az bugünkü son xəbərlər