Rusiya qazından TAM İMTİNA - Avropa ölkələri hansı addım atacaq?
Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri bu gün Brüsseldə görüşəcəklər.
KONKRET.az xəbər verir ki, görüş Rusiya qazının Avropaya nəqlinin dayandırılması fonunda baş verir. Bunun isə Avropada yeni iqtisadi təhlükələrin baş verməsinə ciddi təsir edəcəyi gözlənilir.
Görüşdə bütünlüklə Rusiya qazından imtinanın mümkün variantları müzakirə olunacaq.
Fransanın maliyyə naziri Bryuno Le Mer dünən xəbərdarlıq edib ki, gec-tez Avropa buna hazır olmalıdır. Əks təqdirdə ölkələri daha ciddi fəlakətlər gözləyə bilər.
Təbii qaz çatışmazlığının yaxın perspektivdə hansı iqtisadi nəticələrə səbəb olacağı barədə Avropa Mərkəzi Bankında da ciddi müzakirə olunur. Həmin müzakirələrdə əsasən inflyasiyaya qarşı mübarizə tədbirlərinin növbəti mərhələləri nəzərdən keçirilib.
Avropa iqtisadçılarının qənaətinə görə, Rusiyadan alınan qazın kəsilməsi 2023-cü ilin dövlət büdcəsinin formalaşmasına əhəmiyyətli dərəcədə mənfi təsir edəcək.
Avropa ölkələrinin hökümət rəhbərləri xüsusi olaraq vurğulayıblar ki, yerli təsərrüfatlara və digər sahələrə dəstək ünvanlı və uzunmüddətli olmalıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var