Rusiya səfirliyinin nümayəndəsi İsveç XİN-ə çağırıldı
Rusiyanın Stokholmdakı səfirliyinin nümayəndəsi Rusiyaya məxsus An-30 təyyarəsinin krallığın hava məkanına daxil olması iddiası ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.azxəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ann Linde İsveç radiosuna müsahibəsində bildirib.
"Hava sərhədləri pozulduqda, reaksiya verməli və bunun yolverilməz olduğunu söyləməliyik. Və təbii ki, biz səfirliyə müraciət edirik və nümayəndə etirazı qəbul etmək üçün XİN-ə gəlməlidir", – o deyib.
İsveç mətbuatına yayılan xəbərə görə, Rusiyanın An-30 turbovintli təyyarəsi cümə günü gecə Danimarkanın Bornholm adasının şərqində İsveç hava məkanına daxil olub və daha sonra ərazini tərk edib.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilir.//Report

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi